DİN rəhbəri şəxsi heyəti təbrik etdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Daxili İşlər orqanlarının və Daxili Qoşunların şəxsi heyətinə təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli həmkarlar!

Yola saldığımız 2020-ci ildə ölkəmizdə ictimai-siyasi sabitlik daha da möhkəmlənmiş, digər hüquq mühafizə orqanları ilə sıx qarşılıqlı əlaqədə cinayətkarlığa qarşı böyük əzm və qətiyyətlə mübarizə aparılmış, asayişin və daxili təhlükəsizliyin qorunması funksiyaları layiqincə həyata keçirilmişdir.

Möhkəm nizam-intizama, yüksək peşəkarlığa, müasir maddi-texniki imkanlara malik olan daxili işlər orqanları və Daxili Qoşunlar respublikada karantin rejiminin təmin edilməsi sahəsində də üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəlmiş, qarşıya qoyulmuş tapşırıqların icrasında vətənpərvərliyi və anda sadiqliyi ilə fərqlənmişlər.

Eyni zamanda, Daxili Qoşunların hərbi qulluqçuları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində şanlı tarix yazan rəşadətli Ordumuzla birgə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə mərdlik, igidlik və cəsurluq nümunələri göstərmiş, orden və medallara layiq görülmüşlər.

Bütün bu möhtəşəm uğurlar xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi daxili və xarici siyasət kursunun Dövlət Başçısı tərəfindən müvəffəqiyyətlə davam etdirilməsinin, dinamik iqtisadi inkişafın, məqsədyönlü ordu quruculuğunun, ölkə həyatının bütün sahələrini əhatə edən köklü islahatların məntiqi nəticəsidir.

Əminəm ki, bundan sonra da vətəndaşlarımızın qanuni mənafelərinin, insan hüquq və azadlıqlarının müdafiəsi kimi məsul vəzifələri əzmlə yerinə yetirəcək, möhtərəm Prezidentin, Ali Baş Komandanın yüksək etimadını doğruldacaqsınız.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün şəxsi heyəti və hörmətli veteranlarımızı səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, xidmətdə və şəxsi həyatda yeni-yeni nailiyyətlər arzulayıram.

Bayramınız mübarək!"

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Niyə bəzi insanlar tez-tez söyüş söyür? - İZAHI

Niyə bəzi insanlar tez-tez söyüş söyür? - İZAHI

İmmun sistemini gücləndirən HƏRƏKƏT

İmmun sistemini gücləndirən HƏRƏKƏT

Çətinliklərlə üzləşəcəksiniz: Üç BÜRCƏ xəbərdarlıq

Çətinliklərlə üzləşəcəksiniz: Üç BÜRCƏ xəbərdarlıq

Ağ Ev Trampa qarşı sui-qəsd cəhdinin SƏBƏBİNİ açıqlayıb

Ağ Ev Trampa qarşı sui-qəsd cəhdinin SƏBƏBİNİ açıqlayıb

Zelenski gizli şəkildə Ermənistana gələcək

Zelenski gizli şəkildə Ermənistana gələcək

Fermerlər zərər içində: Çiyələk və alça bu il baha ola bilər - VİDEO

Fermerlər zərər içində: Çiyələk və alça bu il baha ola bilər - VİDEO

Həmin piyadanı vuran şəxs futbolçu imiş – FOTO

Həmin piyadanı vuran şəxs futbolçu imiş – FOTO

Xalq artistinin qızı ilə rəqsi hər kəsi KÖVRƏLTDİ - VİDEO

Xalq artistinin qızı ilə rəqsi hər kəsi KÖVRƏLTDİ - VİDEO

İranlı hakerlər on minlərlə ABŞ hərbçisinin məlumatlarını ələ keçirdi

İranlı hakerlər on minlərlə ABŞ hərbçisinin məlumatlarını ələ keçirdi

İsrail səfiri Ukrayna XİN-ə çağırıldı - Rusiya taxılına görə...

İsrail səfiri Ukrayna XİN-ə çağırıldı - Rusiya taxılına görə...

Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - FOTO

Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - FOTO

Bu gün görkəmli oftalmoloq alim ZƏRİFƏ ƏLİYEVANIN doğum günüdür

Bu gün görkəmli oftalmoloq alim ZƏRİFƏ ƏLİYEVANIN doğum günüdür

Külək nə vaxt dayanacaq... - AÇIQLAMA

Külək nə vaxt dayanacaq... - AÇIQLAMA

“Sabah” “Karvan-Yevlax”ı məğlub etdi

“Sabah” “Karvan-Yevlax”ı məğlub etdi

Naibə Allahverdiyevanın qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Naibə Allahverdiyevanın qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Ağ Ev: “Bu, Trampa sui-qəsd cəhdidir”

Ağ Ev: “Bu, Trampa sui-qəsd cəhdidir”

Millimiz Qazaxıstana qalib gəldi

Millimiz Qazaxıstana qalib gəldi

Tramp arvadına "söz atan" jurnalistin işdən çıxarılmasını TƏLƏB ETDİ

Tramp arvadına "söz atan" jurnalistin işdən çıxarılmasını TƏLƏB ETDİ

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

Zakir Həsənov İtaliyaya rəsmi səfər edib – FOTO

Zakir Həsənov İtaliyaya rəsmi səfər edib – FOTO

Soyuducunun üstünə əşya qoyanlara xəbərdarlıq

Soyuducunun üstünə əşya qoyanlara xəbərdarlıq

Süni intellekt işçi qüvvəsindən BAHALI imiş

Süni intellekt işçi qüvvəsindən BAHALI imiş

Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə- VİDEO

Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə- VİDEO

End of content

No more pages to load

RADİO