“Bir qızı 5 kişi istəyir. Ancaq qız razılıq vermədən onunla evlənmək olmaz. O, özü həmin şəxslər arasından seçim edir. Bu, ona Tanrı tərəfindən verilmiş üstünlükdür”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli parlamentdə çıxış edərkən deyib. O qeyd edib ki, gender bərabərliyini süni sürətdə yaratmaq olmaz:
“Seçkili orqanlarda bu, təbii seçim olmalıdır. əgər buna demokratik proses kimi yanaşırıqsa, deyə bilmərik ki, qadınları seçin. Elm sahəsində bu, belədir. Kimin savadı varsa, o elm sahəsində yüksəlir".
Deputat bildirib ki, gender siyasəti əsasən qadınların hüquqlarının pozulması istiqamətində olmamalıdır:
"Gender bərabərliyini süni surətdə dəyişmək olmaz. Gender siyasəti ilə gender bərabərliyini qarışdırmaq olmaz”.
Bizim.Media