2021-ci ilin ilk ayı hava necə keçəcək? - PROQNOZ

Azərbaycanda yanvar ayına olan hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.

Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacaq. Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin sabit keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 3-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Ayın ikinci yarısında isə orta sutkalıq temperatur 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Gecələr havanın temperaturunun 1-5 dərəcə isti, üçüncü ongünlüyün bəzi günlərində 2-5 dərəcə şaxta, gündüzlər 6-11, üçüncü ongünlüyün bəzi günlərində 0-3 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox (norma 18-28 mm) olacaq.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 0-4 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr havanın temperaturunun 3-8, bəzi günlərdə 15-20 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox (norma 14-25 mm) olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 1-4 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8, bəzi günlərdə 15-20 dərəcə şaxta, gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 16-24 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 1-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Gecələr havanın temperaturunun 0-5 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 10-32 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 1-6, bəzi günlərdə 8-13, yüksək dağlıq ərazilərdə 20-25 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 22-49 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 3-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 6-11, bəzi günlərdə 0-3 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 17-30 mm) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 1-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.

Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, dağlarda 8-13 dərəcə şaxta, gündüzlər 6-11, bəzi günlərdə 0-3 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər normadan çox olacağı (norma 63-98 mm) gözlənilir.

Qeyd: Çoxillik meteoroloji müşahidələrə görə yanvar ayında Bakı şəhərində ən yüksək temperatur 1979-cu ilin yanvar ayının 4-də qeydə alınıb və həmin gün havanın maksimal temperaturu 22.3 dərəcə isti olub.

Ən soyuq gün isə Bakıda 1907-ci ilin yanvar ayının 24-də qeydə alınıb. Həmin gün havanın minimal temperaturu 11 dərəcə şaxta təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski gizli şəkildə Ermənistana gələcək

Zelenski gizli şəkildə Ermənistana gələcək

Fermerlər zərər içində: Çiyələk və alça bu il baha ola bilər - VİDEO

Fermerlər zərər içində: Çiyələk və alça bu il baha ola bilər - VİDEO

Həmin piyadanı vuran şəxs futbolçu imiş – FOTO

Həmin piyadanı vuran şəxs futbolçu imiş – FOTO

Xalq artistinin qızı ilə rəqsi hər kəsi KÖVRƏLTDİ - VİDEO

Xalq artistinin qızı ilə rəqsi hər kəsi KÖVRƏLTDİ - VİDEO

İranlı hakerlər on minlərlə ABŞ hərbçisinin məlumatlarını ələ keçirdi

İranlı hakerlər on minlərlə ABŞ hərbçisinin məlumatlarını ələ keçirdi

İsrail səfiri Ukrayna XİN-ə çağırıldı - Rusiya taxılına görə...

İsrail səfiri Ukrayna XİN-ə çağırıldı - Rusiya taxılına görə...

Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - FOTO

Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - FOTO

Bu gün görkəmli oftalmoloq alim ZƏRİFƏ ƏLİYEVANIN doğum günüdür

Bu gün görkəmli oftalmoloq alim ZƏRİFƏ ƏLİYEVANIN doğum günüdür

Külək nə vaxt dayanacaq... - AÇIQLAMA

Külək nə vaxt dayanacaq... - AÇIQLAMA

“Sabah” “Karvan-Yevlax”ı məğlub etdi

“Sabah” “Karvan-Yevlax”ı məğlub etdi

Naibə Allahverdiyevanın qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Naibə Allahverdiyevanın qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Ağ Ev: “Bu, Trampa sui-qəsd cəhdidir”

Ağ Ev: “Bu, Trampa sui-qəsd cəhdidir”

Millimiz Qazaxıstana qalib gəldi

Millimiz Qazaxıstana qalib gəldi

Tramp arvadına "söz atan" jurnalistin işdən çıxarılmasını TƏLƏB ETDİ

Tramp arvadına "söz atan" jurnalistin işdən çıxarılmasını TƏLƏB ETDİ

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

Zakir Həsənov İtaliyaya rəsmi səfər edib – FOTO

Zakir Həsənov İtaliyaya rəsmi səfər edib – FOTO

Soyuducunun üstünə əşya qoyanlara xəbərdarlıq

Soyuducunun üstünə əşya qoyanlara xəbərdarlıq

Süni intellekt işçi qüvvəsindən BAHALI imiş

Süni intellekt işçi qüvvəsindən BAHALI imiş

Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə- VİDEO

Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə- VİDEO

NATO hər il keçirilən sammitlərdən imtina edə bilər - ABŞ-a görə...

NATO hər il keçirilən sammitlərdən imtina edə bilər - ABŞ-a görə...

İranın üçmərhələli təklifi ilə bağlı Ağ Evdən AÇIQLAMA

İranın üçmərhələli təklifi ilə bağlı Ağ Evdən AÇIQLAMA

Xəzərdə üzən gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Xəzərdə üzən gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Putin: "Rusiya İranın suverenliyini dəstəkləməyə davam edəcək"

Putin: "Rusiya İranın suverenliyini dəstəkləməyə davam edəcək"

End of content

No more pages to load

RADİO