SOCAR Nazirlər Kabinetinin qərarına münasibət bildirdi

Azərbaycanda təbii qazın hasilatı ilə təkcə SOCAR məşğul olmur. Qazın hasilatı SOCAR, beynəlxalq konsorsiumlar və bir neçə xarici şirkət tərəfindən həyata keçirilir.

Bizim.Media xəbər verir ki, bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, ötən il SOCAR və əsas payı dövlətə məxsus əməliyyat şirkətləri birlikdə 6,8 milyard kubmetr qaz hasil etdikləri halda, ölkə daxilində 11,5 milyard kubmetr qaz istehlak olunub.

"Ölkədaxili tələbatı təmin etmək üçün SOCAR hasil etdiyi qazdan əlavə digər hasilatçı şirkətlərdən və konsorsiumlardan qaz həcmlərini alır, öz infrastrukturlarından istifadə edərək emal edir, lazım olduğu təqdirdə anbarlarında saxlayır, magistral kəmərləri vasitəsi ilə daşıyır və müxtəlif istehlakçılara qazın həm topdan, həm pərakəndə satışını təşkil edirdi.

Qazı topdan alan istehlakçılardan biri SOCAR-ın Azəriqaz İstehsalat Birliyi, digərləri isə SOCAR-a aid olmayan Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti və Azərenerji ASC-dir. Yəni SOCAR indiyə qədər ölkədə yalnız təbii qaz istehsalçısı kimi deyil, həm də qaz hasil edən şirkətlərlə qazpaylayıcı şəbəkələr arasında bir növ vasitəçi qismində, eləcə də ölkənin ən böyük qazpaylayıcı şəbəkəsinin istismarçısı qismində çıxış edirdi.

Azərbaycan Nazirlər Kabinetinin 28 dekabr 2020-ci il tarixli 513 N-li qərarı ilə SOCAR-ın indiyə qədər yerinə yetirdiyi funksiyalarından biri, yəni təbii qazın topdan alqı-satqısı “Azərkontrakt” ASC-yə ötürülüb.

“Azərkontrakt” ASC gələn ildən etibarən ölkəmizdə təbii qaz hasil edən şirkətlərlə təbii qazı paylayan və enerji istehsal edən qurumlar arasında bir növ vahid vasitəçi qismində çıxış edəcək".

İ. Əhmədov bildirib ki, “Azərkontrakt” ASC SOCAR, ABƏŞ, Şahdəniz konsorsiumu və digər şirkətlərdən satın aldığı təbii qaz həcmlərini Azərenerji ASC-yə, SOCAR-ın Azəriqaz İB-nə və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinə tələb olunan miqdarda topdan satacaq.

"Beləliklə, ölkədaxili tələbatın təminatı üçün müvafiq qaz həcmlərinin hasilatçı şirkətlərdən alınması gələn ildən etibarən “Azərkontrakt” ASC-yə həvalə olunub. SOCAR isə özünə məxsus digər funksiyaları, yəni neft-qaz hasilatı, eləcə də Azəriqaz İB vasitəsi ilə qazın birbaşa əhaliyə paylanması və satışını əvvəl olduğu kimi həyata keçirməyə davam edir.

Hasilatçılarla paylayıcı qurumlar arasında topdan satış və vasitəçilik funksiyasının “Azərkontrakt” ASC-yə ötürülməsi SOCAR-ın məhz istehsalat fəaliyyəti üzərində fokuslanaraq, öz əsas fəaliyyətinin effektivliyini artırmasına şərait yaradacaq.

Əhali və sənaye kateqoriyasından olan qaz istehlakçıları ilə birbaşa əlaqələrin yaradılması və qazın pərakəndə satışı funksiyaları əvvəl olduğu kimi SOCAR-ın Azəriqaz İB tərəfindən həyata keçiriləcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Space TV-də daha iki verilişin yayımı dayandırılıb

Space TV-də daha iki verilişin yayımı dayandırılıb

İraqda sementdaşıyan maşın onlarla insanın ölümünə səbəb oldu - VİDEO

İraqda sementdaşıyan maşın onlarla insanın ölümünə səbəb oldu - VİDEO

“Dedi 2 günə gələcək, gəlmədi” - 10 gündür suları yoxdur -VİDEO

“Dedi 2 günə gələcək, gəlmədi” - 10 gündür suları yoxdur -VİDEO

İlham Əliyev Andrey Babişə təşəkkür etdi - FOTO

İlham Əliyev Andrey Babişə təşəkkür etdi - FOTO

İran Hormüz boğazından keçidlə bağlı YENİ QAYDALAR hazırlayır

İran Hormüz boğazından keçidlə bağlı YENİ QAYDALAR hazırlayır

Lavrov: " İran-ABŞ razılaşmasının əldə olunması üçün yol mümkün qədər tez açılmalıdır" - FOTO/VİDEO

Lavrov: " İran-ABŞ razılaşmasının əldə olunması üçün yol mümkün qədər tez açılmalıdır" - FOTO/VİDEO

Gömrük Komitəsində yeni idarənin fəaliyyəti rəsmiləşdirildi

Gömrük Komitəsində yeni idarənin fəaliyyəti rəsmiləşdirildi

Naibə Allahverdiyeva qızına TOY EDİR - VİDEO

Naibə Allahverdiyeva qızına TOY EDİR - VİDEO

Quterreş dünya liderlərinə SƏSLƏNDİ: Təcili hərəkətə keçməliyik

Quterreş dünya liderlərinə SƏSLƏNDİ: Təcili hərəkətə keçməliyik

İtaliya Naxçıvana hücumu qınadı - FOTO/VİDEO

İtaliya Naxçıvana hücumu qınadı - FOTO/VİDEO

Natiq Şirinov və Fərqanə Qasımovanın ailəsində xoş xəbər

Natiq Şirinov və Fərqanə Qasımovanın ailəsində xoş xəbər

Erməni kəşfiyyatçı saxlanıldı

Erməni kəşfiyyatçı saxlanıldı

Qəbələdəki tarixi görüşdən geriyə qalanlar - VİDEO

Qəbələdəki tarixi görüşdən geriyə qalanlar - VİDEO

İçərişəhərin Qala divarları üçün yarım milyon XƏRCLƏNƏCƏK

İçərişəhərin Qala divarları üçün yarım milyon XƏRCLƏNƏCƏK

Azərbaycanla Çexiya birgə SİLAH istehsal edə bilər

Azərbaycanla Çexiya birgə SİLAH istehsal edə bilər

Avropa çempionu olan güləşçilərimiz Vətənə qayıdıb

Avropa çempionu olan güləşçilərimiz Vətənə qayıdıb

Prezident Qarabağ və Şərqi Zəngəzurdan DANIŞDI

Prezident Qarabağ və Şərqi Zəngəzurdan DANIŞDI

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

Həftəsonu bu şəxslərin İMTAHANI VAR

Həftəsonu bu şəxslərin İMTAHANI VAR

Valideyn qayğısından məhrum olmuş uşaqlarda fərdi yanaşma prinsipi üstün rol oynayır - GÜLƏR MÜBARİZ YAZIR

Valideyn qayğısından məhrum olmuş uşaqlarda fərdi yanaşma prinsipi üstün rol oynayır - GÜLƏR MÜBARİZ YAZIR

İkinci Liqa: “Araz-Saatlı” və “Şəki Siti” qalib gəldi

İkinci Liqa: “Araz-Saatlı” və “Şəki Siti” qalib gəldi

Azərbaycanda səfərdə olan Baş nazir: Bizim problemimiz var...

Azərbaycanda səfərdə olan Baş nazir: Bizim problemimiz var...

Sürücülərin NƏZƏRİNƏ: Bu yolda DƏYİŞİKLİK edildi

Sürücülərin NƏZƏRİNƏ: Bu yolda DƏYİŞİKLİK edildi

Prezident: “Çexiyadan hərbi təyinatlı bir çox məhsullar alırıq” - VİDEO

Prezident: “Çexiyadan hərbi təyinatlı bir çox məhsullar alırıq” - VİDEO

End of content

No more pages to load

RADİO