Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 4646 hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.
Bu medala layiq görülən hərbi qulluqçuların 1-i general-leytenant, 4-ü general-mayordur.
Təltif olunan generalların adlarını təqdim edirik:
Mirzəyev Hikmət İzzət oğlu – general-leytenant
Bərxudarov Mayis Şükür oğlu – general-mayor
Məmmədov Zaur Sabir oğlu – general-mayor
Seyidov Kənan Əlihüseyn oğlu – general-mayor
Sultanov Ağamir Əzizxan oğlu – general-mayor
Bizim.Media