Moderator.az xəbər verir ki,“Siyasi Məhbuslarsız Azərbaycan”x9d İctimai Alyansı 14 saylı CÇM- də baş verənlər, məhbusların işgəncəyə məruz qalması, onların “kars”x9d-a salınıb, “Tubzon”x9d-a göndərilməsi, ailələrindən gizlədilməsi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir: 22 dekabr 2014- cü ildə 14 saylı CÇM- də məhkum Elşad Babayevin işgəncə verilərək qətlə yetirilməsindən sonra adı çəkilən müəsissədə vəziyyət bu gün də gərgin olaraq qalır. Baş vermiş cinayətin üstünü açmaq, cinayəti törədənləri məsuliyyətə cəlb etmək əvəzinə qətlə yetirilmiş dustaq yoldaşlarına həmrəylik nümayiş etdirən məhbusların dekabrın 26- dan başlayaraq vəhşicəsinə döyülərək onlara işgəncə verilməsi davam edir. Həmin dustaqların bir qismi Rza Ağalı, İlham Hətəmov və digərləri 14 saylı CÇM- də "kars"- a salınıb. Araz Quliyev, Anar Qasımlı, İsa Yaqubov daxil olmaqla 10- dan artıq məhbus Vərəm Dispanseri olan, "Tubzon" deyilən yerə aparıblar. Həmin dustaqlardan bu günə qədər heç bir xəbər yoxdur. Valideynlərin onlarla görüşməsinə belə imkan verilmir. Ailə üzvlərinin verdiyi məlumata görə adı çəkilən məhkumlar sağlam olublar, vərəm və xəstəliklərdən indiyə qədər heç bir şikayətləri olmayıb. Onların “Tubzon”x9d-a aparılması həmin məhbuslara verilən işgəncələri ört- basdır etmək üçündür.
14 saylı
CÇM- də baş verənlər, dustağın döyülərək öldürülməsi, cinayətin üstünü açmaq əvəzinə
digər məhbuslara ağır işgəncələr verilməsi, onların gizlədilməsi, öz ailə üzvləri
ilə təmas qurmasına, görüşməsinə imkan verilməməsi böyük qanunsuzluq, insanlıq
adına utanc və biabırçılıqdır.
“Siyasi Məhbuslarsız Azərbaycan”x9d İctimai Alyansı məhbusların
saxlandığı yerlərə, həbsxanalara maneəsiz giriş imkanına malik olan qurumlara,
o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-
in Bakı ofisinə, Ombudsman Aparatına, Ədliyyə naziri yanında İctimai Komitəyə,
hüquq müdafiəçilərinə müraciət edərək onları 14 saylı CÇM- nin cərimə otağında
(“kars”x9d- da) Vərəm
Dispanseri olan, "Tubzon" deyilən yerdə saxlanan dustaqlarla görüşüb
onların sağlıq durumu və onlara olan münasibəti öyrənməyə, diqqətdə saxlamağa çağırır.
Biz Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür
Paşazadənin insanlıq və din adına həqarət
olan 14 saylı CÇM- də baş verənlərlə bağlı öz nüfuzundan istifadə edərək
müdaxilə etməsini, dustaqların həyatı üçün yaranan təhlükənin aradan
qaldırılması üçün hörmətli şeyxi müvafiq
addımlar atmağa çağırırırq. Təəssüflə qeyd etmək lazımdır ki, 14 saylı CÇM- də
təzyiqlərə, zorakalıqlara, işgəncələrə məruz qalan dustaqların böyük bir qismi
oruc tutub namaz qılan din adamlarıdır.
“Siyasi Məhbuslarsız Azərbaycan”x9d İctimai Alyansı bir daha dustaq
Elşad Babayevin qatillərinin aşkara çıxarılıb cəzalandırılmamasından
narahatlığını ifadə edir, 14 saylı CÇM- də və digər həbs yerlərində məhbuslara
qarşı həyata keçirilən, insan ləyaqətinin alçaldılması ilə müşayət olunan
zorakı və işgəncə hərəkətlərini qətiyyətlə pisləyir. Alyans həbs yerlərində məhbusların
saxlanma şəraitinin yaxşılaşdırılması, məhbuslara qarşı qanun çərçivəsində
münasibət göstərilməsini, zorakılığa və qanunsuzluğa yol vermiş Penitensiar
Xidmət əməkdaşları haqqında ölçü götürülməsini tələb edir”x9d.