Baş Prokuror Kamran Əliyev Nizami və Binəqədi rayonunun prokurorları dəyişib.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.
Digər əmrlə Binəqədi rayon prokuroru Fuad Məmmədov tutduğu vəzifədən azad olunaraq Nizami rayon prokuroru vəzifəsinə təyin edilib.
Bizim.Media