Şəhid bilib morqa apardılar, 3 gün sonra gözlərini AÇDI – Qazinin möcüzəvi HƏYAT HEKAYƏSİ – FOTO

Zəfər ərəfəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz bir daha dərin ehtiramla yad edilir. Həmin igidlərdən biri də İkinci Qarabağ müharibəsi qazisi, 2-ci qrup əlil Axundov Misir Hilal oğludur. Döyüş meydanında ölümün gözünə dik baxan, şəhid adını alıb morqa qaldırılan, lakin möcüzə nəticəsində həyata qayıdan 19 yaşlı qazimizin döyüş və həyat hekayəsini təqdim edirik.

Morqdan başlanan möcüzə

Füzuli və Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə düşmənin top atəşi nəticəsində başından ağır yaralanan Misir Axundov bir gün neytral ərazidə qalıb. Hərbi hissə komandirinin səyi nəticəsində neytral ərazidən çıxarılan Misir təcili tibbi yardım avtomobili ilə Füzulinin Əhmədbəyli kəndində yerləşən morqa təhvil verilir. Tanınmaz halda olduğuna və ilkin olaraq həyat əlaməti müşahidə edilmədiyi üçün ona "naməlum" statusu verilir.

Morqda 3 gün qaldıqdan sonra, oğlunu axtaran ata ora gəlir. Həmin an Misirdə baş verən ani refleks nəticəsində onun sağ olduğu bilinir və dərhal vertolyotla Mərkəzi Gömrük Hospitalına çatdırılır.

Uzun sürən ağır əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilən Misir Axundov 17 gün komada qalır. Gözünü açanda otaqda rus dilində danışan iki nəfəri görərkən əsir düşdüyünü zənn edir.
 

Həmin vaxt xəstəxana işçisi Hicran xanım yaxınlaşaraq alnını sığallayır və qorxmaması lazım olduğunu bildirir. Qazi əsir düşdüyünü zənn etsə də, otaqdakı işçilərdən birinin telefonuna baxdıqda ekranda "Bakı, hava temperaturu, cümə günü" yazılarını görür. Məhz həmin an Azərbaycanda olduğunu anlayaraq dərindən rahatlıq tapır.


Müzəffər Azərbaycan Ordusunun igid əsgəri göstərdiyi şücaətə görə Ali Baş Komandanın sərəncamları ilə "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib. Bu gün doğma Tərtər rayonunda yaşayışını davam etdirən Misir Axundov qürurlu ömür yolu ilə hər birimiz üçün əsl mərdlik və vətənpərvərlik nümunəsidir.










Ayşəm Rüstəmli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Təcili tibbi yardım sistemində süni intellektin tətbiqinə başlanılır – FOTO

Təcili tibbi yardım sistemində süni intellektin tətbiqinə başlanılır – FOTO

Bu marşrutlar “20 Yanvar” və “Şamaxinka”da dayanmayacaq – FOTO

Bu marşrutlar “20 Yanvar” və “Şamaxinka”da dayanmayacaq – FOTO

69 ölkədən tarixi qərar

69 ölkədən tarixi qərar

Altı il öncə bu gün – 16 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 16 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Minlərlə elektrikli avtomobil geri çağırıldı

Minlərlə elektrikli avtomobil geri çağırıldı

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Hansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

Sabah 31 dərəcə isti olacaq – PROQNOZ

İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Gürcüstanın yeni səfirini qəbul etdi – FOTO

Prezident dörd nəfəri “Tərəqqi” medalı ilə təltif etdi – ADLAR

Prezident dörd nəfəri “Tərəqqi” medalı ilə təltif etdi – ADLAR

Büdcədən təhsil və səhiyyə üçün ayrılan xərclərdə AZALMA

Büdcədən təhsil və səhiyyə üçün ayrılan xərclərdə AZALMA

İsrail Prezidenti bilet alaraq Azərbaycana səfər edib

İsrail Prezidenti bilet alaraq Azərbaycana səfər edib

Hindistanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO

Hindistanın yeni səfiri İlham Əliyevin QƏBULUNDA – FOTO

Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub – FOTO

Azərbaycan həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü qeyd olunub – FOTO

Anar Tahirov Mətbuat Şurası İdarə Heyətinin ÜZVÜ SEÇİLDİ

Anar Tahirov Mətbuat Şurası İdarə Heyətinin ÜZVÜ SEÇİLDİ

SON DƏQİQƏ! Azərbaycanda iş saatları AZALDILA BİLƏR - VİDEO

SON DƏQİQƏ! Azərbaycanda iş saatları AZALDILA BİLƏR - VİDEO

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı – FOTO

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanıldı – FOTO

Ayın radiusu 45 metr kiçilib

Ayın radiusu 45 metr kiçilib

Güclü külək əsəndə bəzi işlər dayandırılacaq – QANUN DƏYİŞİR

Güclü külək əsəndə bəzi işlər dayandırılacaq – QANUN DƏYİŞİR

Azərbaycan dünya bazarına "Halal" standartı ilə ÇIXACAQ

Azərbaycan dünya bazarına "Halal" standartı ilə ÇIXACAQ

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı – ADLAR

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı – ADLAR

Azərbaycanda yeni dövlət standartları QƏBUL EDİLƏCƏK – RƏSMİ

Azərbaycanda yeni dövlət standartları QƏBUL EDİLƏCƏK – RƏSMİ

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri SEÇİLDİ

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri SEÇİLDİ

Rusiyada indi də kütləvi canavar axını BAŞLADI: İnsanlara hücum edirlər – VİDEO

Rusiyada indi də kütləvi canavar axını BAŞLADI: İnsanlara hücum edirlər – VİDEO

Bu şəxslərə xüsusi rütbələr VERİLƏCƏK

Bu şəxslərə xüsusi rütbələr VERİLƏCƏK

End of content

No more pages to load

RADİO