Azərbaycanda LGBT-nin təbliği qadağan edilir? - deputatlardan Açıqlama

Azərbaycanda LGBT təbliğatının qadağan edilməsi haqqında qanun qəbul olunacaq.

Bizim.Media Globalinfo.az-a istinadla xəbər verir ki, yeni qanunla LGBT mövzusunun ictimai məkanlarda, mediada və digər informasiya kanallarında təbliği ilə bağlı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.

Yeni qanunun qəbulu və tətbiqi ilə bağlı aşağıdakı kateqoriyalar üzrə müvafiq addımlar atılacaq:

Media və internet:
LGBT münasibətlərini təşviq etdiyi hesab olunan məlumatların yayılması məhdudlaşdırılacaq.

Reklam və kino: Müvafiq məzmunun reklam və filmlərdə yayılması, təbliği qadan ediləcək.

Təhsil: Məktəblərdə qeyri-ənənəvi seksual orientasiyaları təbliğ edəcək məzmun birmənalı olaraq məqbul hesab edilməyəcək.

Hüquqi məsuliyyət: qanun pozulması hallarında cərimə və digər inzibati tədbirlər tətbiq olunacaq.

Qeyd etmək lazımdır ki, müvafiq qanunun tətbiqi ilə bağlı əsaslandırma ilk növbədə uşaqların sağlamlıq və inkişafına zərərli hesab edilə biləcək informasiyalardan qorunması ilə bağlıdır.

Sözügedən qanunla “qeyri-ənənəvi seksual orientasiyanın” və pedofiliyanın təbliği uşaqlar üçün qadağan olunmuş informasiya kateqoriyasına daxil ediləcək.

Müvafiq kateqoriyaya aid məlumatların yetkinlik yaşına çatmayan şəxslərə yayılması qadağan olunacaq.

Müvafiq proses eyni zamanda kütləvi informasiya vasitələrinə də şamil olunacaq. Pozuntu aşkarlandıqda media qurumlarının fəaliyyətinin dayandırılması, xarici media üçün isə ölkədə fəaliyyət icazəsinin ləğvi kimi tədbirlər nəzərdə tutulacaq. Media qurumunun sahibi və media rəhbəri üçün də məsuliyyət qaçılmaz olacaq.

Təbii ki, informasiya məkanının sürətlə genişlənməsi fonunda sözügedən qanunun tətbiqi telekommunikasiya şəbəkələri və onlayn platformalar üçün də eyni dərəcədə əhəmiyyətli olacaq. Buna görə internetdə paylaşım, video, bloq yazısı və ictimai çağırışlar qanunun tətbiq dairəsinə düşə bilər.

Eyni zamanda reklam və kino sahəsində də qanunun tətbiqi böyük həssaslıq tələb edəcək.

Qeyd edək ki, qanunun tətbiqi ilə eyni zamanda hüquqi məsuliyyət də ortaya çıxır. Belə ki, qanun pozuntusunun xarakterindən asılı olaraq cərimələr, təkrar xətaya yol verdikdə inzibati həbs tətbiqi mümkündür.

Media və internet resurslarına qarşı tənbeh tədbirləri də müvafiq hüquqi prosedurlar çərçivəsində həyata keçiriləcək.

Modern.az -a açıqlama verən deputatlar isə belə bir qanun layihəsi barədə məlumatlarının olmadığını bildiriblər.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa mövzu ilə bağlı məlumatsız olduğunu deyib:

“Belə bir qanunla bağlı bilgim yoxdur. Məlumatım olmayan bir şey haqqında danışa bilmərəm”.

İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə isə üzvü olduğu komitələrdə belə bir layihənin müzakirə edilmədiyini vurğulayıb:

“Bu barədə müzakirələr var. Amma belə qanun yoxdur. Bu barədə rəsmi məlumat da yoxdur. Hətta ehtimal ki, “fake” məlumatdır. Çünki üzv olduğum komitələrin heç birində bu barədə qanun layihəsi danışılmayıb”.

Ailə, qadın və uşaq məsələləri üzrə komitənin sədr müavini Jalə Əliyeva da sözügedən layihə ilə tanış olmadığını bildirib:

“Sözügedən qanun layihəsi ilə tanış deyiləm. Bu mövzu haqda məlumatım yoxdur. Komitələrdə də müzakirə edilməyib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bəyannamə verilmədi, bağlama gömrükdə qaldı - Pul batır?

Bəyannamə verilmədi, bağlama gömrükdə qaldı - Pul batır?

Ronaldo millidən kənarlaşdırıldı

Ronaldo millidən kənarlaşdırıldı

Azərbaycanın mövcud regional çəkisi Mərkəzi Asiya ilə əməkdaşlıqda yeni mərhələ yaradıb

Azərbaycanın mövcud regional çəkisi Mərkəzi Asiya ilə əməkdaşlıqda yeni mərhələ yaradıb

Masazırda 4 avtomobil külə döndü: Hadisə şahidləri danışdılar – Video

Masazırda 4 avtomobil külə döndü: Hadisə şahidləri danışdılar – Video

“Günaydın, Azərbaycan”dan getmə səbəbini açıqladı – VİDEO

“Günaydın, Azərbaycan”dan getmə səbəbini açıqladı – VİDEO

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirilib

Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirilib

ABŞ qasırğanın cəngində - elektrik enerjisi tamamən kəsilib - VİDEO

ABŞ qasırğanın cəngində - elektrik enerjisi tamamən kəsilib - VİDEO

İşdən çıxdığı deyilən məktəb direktorundan açıqlama

İşdən çıxdığı deyilən məktəb direktorundan açıqlama

Maşından son anda qaçmasaydı, faciə olacaqdı - Ölümlə üz-üzə... - VİDEO

Maşından son anda qaçmasaydı, faciə olacaqdı - Ölümlə üz-üzə... - VİDEO

Dünyada ən çox qəhvə içilən ölkələr – İLK ONLUQ

Dünyada ən çox qəhvə içilən ölkələr – İLK ONLUQ

Canlı yayımda 7,7 bal gücündə zəlzələ belə görüntüləndi - VİDEO

Canlı yayımda 7,7 bal gücündə zəlzələ belə görüntüləndi - VİDEO

Azərbaycanda kürü və konserv istehsalı artıb

Azərbaycanda kürü və konserv istehsalı artıb

Həftə sonu yollarla bağlı sürücülərə XƏBƏRDARLIQ

Həftə sonu yollarla bağlı sürücülərə XƏBƏRDARLIQ

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıdadır

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıdadır

Dünyanın ən zəhərli heyvanı suda yaşayır – birdəfəyə 100 adamı öldürə bilər

Dünyanın ən zəhərli heyvanı suda yaşayır – birdəfəyə 100 adamı öldürə bilər

Rəsmi portalda pensiya kapitalında azalmalar olub?

Rəsmi portalda pensiya kapitalında azalmalar olub?

Azərbaycanda LGBT-nin təbliği qadağan edilir? - deputatlardan Açıqlama

Azərbaycanda LGBT-nin təbliği qadağan edilir? - deputatlardan Açıqlama

İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də - FOTO

İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də - FOTO

Yuxuya getməyi asanlaşdıran 7 qida

Yuxuya getməyi asanlaşdıran 7 qida

Kiyev ballistik raketlərlə vuruldu – VİDEO

Kiyev ballistik raketlərlə vuruldu – VİDEO

Qaxda qədim adət məşhur jurnalistin toyunda yenidən yaşadıldı - VİDEO

Qaxda qədim adət məşhur jurnalistin toyunda yenidən yaşadıldı - VİDEO

Kadırov AZAL təyyarəsinin qəzası ilə bağlı bir daha başsağlığı verdi - VİDEO

Kadırov AZAL təyyarəsinin qəzası ilə bağlı bir daha başsağlığı verdi - VİDEO

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi – FOTO/VİDEO

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO