Kukla Teatrında qalmaqal böyüyür - Məhkəmədən Aynurə Əkbərovaya QADAĞA

Azərbaycan Dövlət Kukla Teatrının meneceri və layihə rəhbəri Aynurə Əkbərovanın iş yerində psixoloji təzyiqlərə məruz qaldığını, hüquqlarının pozulduğunu və barəsində qarayaxma kampaniyası aparıldığını iddia edən yazı dərc etmişdik. Şikayətçi xanımın sözlərinə görə aprelin 23-dən etibarən işləməsi üçün ona otaq ayrılmır və bu səbəbdən teatrın foyesində, dəhlizdə işləməyə məcbur qalır. A.Əkbərova şikayətində teatrda korrupsiya hallarının olduğunu da iddia etmişdi. O, məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyinə və digər aidiyyəti qurumlara dəfələrlə müraciət etsə də, problemin hələ də həllini tapmadığını qeyd edib. 

Məsələ ilə bağlı Bizim.Media-ya Azərbaycan Dövlət Kukla Teatrından daha bir açıqlama verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər”


Qeyd edilib ki, məhkəmə Rəşad Əhmədzadənin müraciəti üzrə müvəqqəti təminat tədbiri tətbiq edib:

“Abşeron Rayon Məhkəməsi Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin teatrın əməkdaşı Aynurə Əkbərova barəsində müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizəsinə baxıb. Məhkəmənin 8 oktyabr 2026-cı il tarixli qərardadı ilə ərizə qismən təmin edilib.

Qərardada əsasən, Aynurə Əkbərovaya Rəşad Əhmədzadə barədə həqiqətə uyğun olmayan, böhtan xarakterli, şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlumatları kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə, şəxsi və digər hesablarda yayması qadağan edilib.

Məhkəmə qərardadında qeyd edib ki, iş materiallarına əlavə edilmiş sosial şəbəkə paylaşımları və video görüntülərdən cavabdeh tərəfindən ərizəçi barədə geniş auditoriyaya yönəlmiş iddia və bəyanatların səsləndirilməsi müəyyən olunur. Məhkəmənin qənaətinə görə, həmin məlumatların yayılmasının davam etməsi ərizəçinin hüquqlarının, şərəf və ləyaqətinin, eləcə də işgüzar nüfuzunun bərpasını əhəmiyyətli dərəcədə çətinləşdirə bilər.

Qərardadın dərhal icra olunması nəzərdə tutulub. Qərardaddan qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə şikayət verilə bilər”.
 

Teatrın açıqlamasında qeyd olunub ki, Azərbaycan Dövlət Kukla Teatrının menecer-layihələr üzrə mütəxəssisi Aynurə Əkbərova 30 sentyabr və 2 oktyabr 2026-cı il tarixlərində şəxsi sosial media hesablarında teatrın direktoru Rəşad Əhmədzadənin fəaliyyəti ilə bağlı müxtəlif ittihamlar səsləndirib və bir sıra iddialar irəli sürüb.


Bununla əlaqədar Rəşad Əhmədzadə öz hüquq və qanuni mənafelərinin müdafiəsi məqsədilə məhkəməyə müraciət edib. Hazırda məsələ ilə bağlı məhkəmə prosesi davam edir.

Eyni zamanda, məsələ Azərbaycan Dövlət Kukla Teatrının Bədii Şurasının iclasında müzakirə olunub və teatr daxilində müvafiq araşdırmaya başlanılıb.

Teatr rəhbərliyi bildirir ki, məsələnin hüquqi və obyektiv şəkildə araşdırılmasının tərəfdarıdır və prosesin nəticələrinin yalnız aidiyyəti qurumların hüquqi qiymətləndirməsindən sonra dəyərləndirilməsini məqsədəuyğun hesab edir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər – FOTO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər – FOTO

Ceyranbatanda yaşayış binasında yanğın – VİDEO

Ceyranbatanda yaşayış binasında yanğın – VİDEO

Samuxda qonşular arasında DAVA qanla nəticələndi

Samuxda qonşular arasında DAVA qanla nəticələndi

Məktəblinin geyim forması necə olmalıdır? – VİDEOÇARX

Məktəblinin geyim forması necə olmalıdır? – VİDEOÇARX

Dəmiryolçular iməcilik keçirdilər – FOTO

Dəmiryolçular iməcilik keçirdilər – FOTO

Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda ŞOK OĞURLUQ

Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda ŞOK OĞURLUQ

İkardi rəsmən boşandı

İkardi rəsmən boşandı

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Neftçalada şagirdlər 3 həftə niyə dərssiz qalıb? – RƏSMİ AÇIQLAMA

Neftçalada şagirdlər 3 həftə niyə dərssiz qalıb? – RƏSMİ AÇIQLAMA

Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar – FOTOLAR

Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar – FOTOLAR

Məktəblərdə geyim formaları ilə bağlı monitorinqlərə BAŞLANILIR - VİDEO

Məktəblərdə geyim formaları ilə bağlı monitorinqlərə BAŞLANILIR - VİDEO

Yasamalda mənzil almaq istəyənlərə yeni təklif: illik 8%-dən başlayan kredit – ƏTRAFLI

Yasamalda mənzil almaq istəyənlərə yeni təklif: illik 8%-dən başlayan kredit – ƏTRAFLI

11 ay yatan heyvan: niyə aylarla oyanmır?

11 ay yatan heyvan: niyə aylarla oyanmır?

Sadır Japarov MDB ölkələrinin liderlərini Qlobal Dağ Sammitinə dəvət etdi

Sadır Japarov MDB ölkələrinin liderlərini Qlobal Dağ Sammitinə dəvət etdi

Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - Foto

Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - Foto

Kukla Teatrında qalmaqal böyüyür - Məhkəmədən Aynurə Əkbərovaya QADAĞA

Kukla Teatrında qalmaqal böyüyür - Məhkəmədən Aynurə Əkbərovaya QADAĞA

Xaçmazda mərmər bağacığı KABUSU – Zərərvericilər məktəb və evlərə DOLUŞDU – FOTO/VİDEO

Xaçmazda mərmər bağacığı KABUSU – Zərərvericilər məktəb və evlərə DOLUŞDU – FOTO/VİDEO

Prokurorluq orqanlarında işləmək istəyən 325 namizəddən 137-si imtahandan keçdi

Prokurorluq orqanlarında işləmək istəyən 325 namizəddən 137-si imtahandan keçdi

108 şəxsin məşğulluğu təmin edilib

108 şəxsin məşğulluğu təmin edilib

Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və ögey ata həbs edildi

Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və ögey ata həbs edildi

Mourinyo 2 futbolçunu "Real"dan göndərir

Mourinyo 2 futbolçunu "Real"dan göndərir

6 övladı olan qadın 48 günlük körpəsi ilə sığınacağa yerləşdirildi – Uşaqların ataları fərqlidir

6 övladı olan qadın 48 günlük körpəsi ilə sığınacağa yerləşdirildi – Uşaqların ataları fərqlidir

"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - Video

"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - Video

İt vergisindən 430 milyon qazanıblar

İt vergisindən 430 milyon qazanıblar

End of content

No more pages to load

RADİO