Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və ögey ata həbs edildi

Azərbaycanda övladlarına dözülməz işgəncələr verən ana və onun qeyri-rəsmi birgə yaşadığı kişi həbs edilib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisələr əsasən Bakı şəhərinin Biləcəri qəsəbəsində və Tərtər rayonunda baş verib.
 

34 yaşlı Ç.Rüstəmova həyat yoldaşı ilə yola getmədiyi üçün 13 yaşlı qızını və 8 yaşlı oğlunu da götürərək TikTok-da tanış olduğu, özündən 11 yaş kiçik olan T.Abbasovla yaşamağa başlayıb.


Lakin onların birgə həyatı uşaqlar üçün əsl kabusa çevrilib. Ev işlərini görmədiklərinə, bir-biri ilə dalaşdıqlarına, nadinclik etdiklərinə görə uşaqlar anaları və ögey ataları tərəfindən ağır işgəncələrə məruz qalıblar.

Doğma anaları uşaqların əllərini qaynar sobaya yapışdırıb, qızdırılmış qaşığı isə əllərinin üstünə basıb. Ana və T.Abbasov azyaşlıları gecə saatlarında evdən bayıra çıxararaq qaranlıqda saxlayıb, odun parçası, kəmər, yumruq-təpiklə döyüb, saatlarla onlara yemək və su verməyiblər.

Bu da son deyil. Sonrakı günlərdə T.Abbasov azyaşlı qızın saçını çarpayının bir hissəsinə bağlayaraq ona fiziki və psixoloji əzab verib.

Ç.Rüstəmova isə əlindəki əşya ilə qızının ağzına vuraraq onun dişlərini qırıb.

Artıq əzab-əziyyətə dözə bilməyən məsum uşaqlar evdən qaçıblar. Onlar yolda tanımadıqları bir adamın telefonundan atalarına zəng edərək gəlib onları xilas etməsini istəyiblər. Bir neçə saat sonra ata övladlarını tapıb, birbaşa polis şöbəsinə yollanıb. Ekspertiza zamanı uşaqların bədənlərində çoxsaylı qançırlar, çapıqlar və yanıq izləri aşkarlanıb. Qızın qolunda isə sınıq olduğu müəyyən edilib.

Polisin qərarı ilə T.Abbasov və Ç.Rüstəmova əzab vermə və xüsusi amansızlıqla, o cümlədən köməksiz vəziyyətdə olan zərərçəkənə ağır iztirablar verməklə sağlamlığa az ağır xəsarət yetirmə maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, iş məhkəməyə göndərilib.

Məhkəmədə T.Abbasov özünü təqsirli bilməyib. O, səhərdan axşama kimi fəhləlik etdiyini, evə yalnız gecə gəldiyini deyib. Onun sözlərinə görə, Ç.Rüstəmova uşaqları döysə də o, heç vaxt onlara toxunmayıb. Ana isə hakim qarşısında övladlarına əzab verdiyini etiraf edib. Əməlindən peşman olduğunu, yeni münasibətindən 1 yaşlı uşağının olduğunu əsas gətirərək həbs edilməməsini xahiş edib.
 

Lakin işgəncələrə məruz qalan uşaqlar analarını bağışlamayıblar. Onlar başlarına gətirilənləri tək-tək hakimə danışıb, analarının və T.Abbasovun onlara əzab veriklərini deyərək hər ikisinin cəzalandırılmasını istəyiblər.


Tərtər Rayon Məhkəməsi yekunda müttəhimlərə qarşı irəli sürülmüş ittihamları sübuta yetirilmiş hesab edib. Hökmə əsasən, T.Abbasov 4 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında qandallanıb.

Ç.Rüstəmovaya isə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin azyaşlı övladının yetkinlik yaşına çatmasına qədər onun cəzasının çəkilməsi təxirə salınıb.

Lakin prokuror Ç.Rüstəmovanın azadlıqda qalması ilə razılaşmayaraq apellyasiya protesti verib. Hazırda doğma atalarının himayəsində yaşayan zərərçəkmiş uşaqlar da analarının həbs edilməsində maraqlı olublar.

Belə olan halda Gəncə Apellyasiya Məhkəməsi tərəfindən Ç.Rüstəmovanın cəza çəkməsinin təxirə salınması ləğv edilib, o da məhkəmə zalında həbs olunub. 

Məhkəmə, həmçinin ana və atasının həbs olunması səbəbindən baxımsız qalan 1 yaşlı uşağın gələcək taleyi ilə bağlı da qərar verib. Azyaşlının zəruri tələbatlarının dövlət büdcəsi hesabına təmin edilməsi barədə tapşırıq verib. Bu məsələnin təşkili qəyyumluq orqanı olan İcra Hakimiyyəti başçısı yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya həvalə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər – FOTO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər – FOTO

Ceyranbatanda yaşayış binasında yanğın – VİDEO

Ceyranbatanda yaşayış binasında yanğın – VİDEO

Samuxda qonşular arasında DAVA qanla nəticələndi

Samuxda qonşular arasında DAVA qanla nəticələndi

Məktəblinin geyim forması necə olmalıdır? – VİDEOÇARX

Məktəblinin geyim forması necə olmalıdır? – VİDEOÇARX

Dəmiryolçular iməcilik keçirdilər – FOTO

Dəmiryolçular iməcilik keçirdilər – FOTO

Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda ŞOK OĞURLUQ

Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda ŞOK OĞURLUQ

İkardi rəsmən boşandı

İkardi rəsmən boşandı

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Neftçalada şagirdlər 3 həftə niyə dərssiz qalıb? – RƏSMİ AÇIQLAMA

Neftçalada şagirdlər 3 həftə niyə dərssiz qalıb? – RƏSMİ AÇIQLAMA

Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar – FOTOLAR

Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar – FOTOLAR

Məktəblərdə geyim formaları ilə bağlı monitorinqlərə BAŞLANILIR - VİDEO

Məktəblərdə geyim formaları ilə bağlı monitorinqlərə BAŞLANILIR - VİDEO

Yasamalda mənzil almaq istəyənlərə yeni təklif: illik 8%-dən başlayan kredit – ƏTRAFLI

Yasamalda mənzil almaq istəyənlərə yeni təklif: illik 8%-dən başlayan kredit – ƏTRAFLI

11 ay yatan heyvan: niyə aylarla oyanmır?

11 ay yatan heyvan: niyə aylarla oyanmır?

Sadır Japarov MDB ölkələrinin liderlərini Qlobal Dağ Sammitinə dəvət etdi

Sadır Japarov MDB ölkələrinin liderlərini Qlobal Dağ Sammitinə dəvət etdi

Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - Foto

Azərbaycanlı makler qadınla əlbir olan pakistanlı qardaşların milyon dollarlıq mülk fırıldağı - Foto

Kukla Teatrında qalmaqal böyüyür - Məhkəmədən Aynurə Əkbərovaya QADAĞA

Kukla Teatrında qalmaqal böyüyür - Məhkəmədən Aynurə Əkbərovaya QADAĞA

Xaçmazda mərmər bağacığı KABUSU – Zərərvericilər məktəb və evlərə DOLUŞDU – FOTO/VİDEO

Xaçmazda mərmər bağacığı KABUSU – Zərərvericilər məktəb və evlərə DOLUŞDU – FOTO/VİDEO

Prokurorluq orqanlarında işləmək istəyən 325 namizəddən 137-si imtahandan keçdi

Prokurorluq orqanlarında işləmək istəyən 325 namizəddən 137-si imtahandan keçdi

108 şəxsin məşğulluğu təmin edilib

108 şəxsin məşğulluğu təmin edilib

Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və ögey ata həbs edildi

Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və ögey ata həbs edildi

Mourinyo 2 futbolçunu "Real"dan göndərir

Mourinyo 2 futbolçunu "Real"dan göndərir

6 övladı olan qadın 48 günlük körpəsi ilə sığınacağa yerləşdirildi – Uşaqların ataları fərqlidir

6 övladı olan qadın 48 günlük körpəsi ilə sığınacağa yerləşdirildi – Uşaqların ataları fərqlidir

"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - Video

"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - Video

İt vergisindən 430 milyon qazanıblar

İt vergisindən 430 milyon qazanıblar

End of content

No more pages to load

RADİO