Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda ŞOK OĞURLUQ

Bakıda avtomobil qaçırılıb.

Bizim.Media Lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, “Həzi Aslanov” metro stansiyasının yaxınlığında qeydə alınıb.

24 yaşlı Bahadur Qasımov (şərti adla) gecə saatlarında vintaçanla “Mercedes-Benz” markalı avtomobilin arxa şüşəsini sındıraraq, qapıları aça bilib. Daha sonra sürətlər qutusunun yanındakı ehtiyat açarla nəqliyyat vasitəsini işə salaraq, qaçırıb.

Zərərçəkənin şikayəti əsasında Bahadur polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, gecə saatlarında taksi ilə yaşadığı Bülbülə qəsəbəsindən “Həzi Aslanov” metro stansiyasına gəlib. Oğurluq etmək üçün əlverişli şərait axtarıb. Təxminən saat 3 radələrində Çingizxan Kərimov küçəsində binanın həyətində “Mercedes-Benz C klass” markalı avtomobilin dayandığını, salonunda isə qatıq, süd, yumurta, pendir, alça, pomidor, xiyar və sair kənd təsərrüfatı məhsullarının olmasını görüb. Həmin vaxt  avtomobildə olan kənd təsərrüfatı məhsullarını oğurlayaraq satıb pul əldə edə biləcəyini düşünüb. Lakin onların hamısını tək apara bilməyəcəyindən avtomobili də qaçırmaq qərarına gəlib.
 

Bundan sonra ətrafa nəzər yetirib heç kimin onu görmədiyinə əmin olduqdan sonra üzərində olan vintaçan vasitəsi ilə avtomobilin arxa sol qapısının kiçik şüşəsini sındırıb həmin qapını açıb. Daha sonra sükan arxasında əyləşib və sürətlər qutusunun yanından tapdığı açarla mühərriki işə salaraq oradan uzaqlaşıb.


Avtomobildə olan məhsulları satdıqdan sonra avtomobili başqa bir ərazidə saxlayıb və açarı sürətlər qutusunun yanına qoyaraq oradan uzaqlaşıb gedib. Bahadur Qasımov ifadəsində əməlindən peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.

Zərərçəkən şəxsin sözlərinə görə isə avtomobili ilə kənd məhsulları satmaqla dolanır. O bildirib ki, hadisə zamanı nəqliyyat vasitəsinə dəyən ziyan ödənilməyib və şikayətçidir.

Məhkəmənin qərarı ilə B. Qasımov 3 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sumqayıt Xəstəxanasında dərmandan zəhərlənən 11 uşağın SON VƏZİYYƏTİ

Sumqayıt Xəstəxanasında dərmandan zəhərlənən 11 uşağın SON VƏZİYYƏTİ

Ceyranbatanda yaşayış binasındakı yanğın söndürüldü, sakinlər təxliyə olundu

Ceyranbatanda yaşayış binasındakı yanğın söndürüldü, sakinlər təxliyə olundu

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar TƏTBİQ ETDİ

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar TƏTBİQ ETDİ

Şagirdlərin məktəbdə əməl etməli olduğu qaydalar – FOTO

Şagirdlərin məktəbdə əməl etməli olduğu qaydalar – FOTO

Tokayev: “Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik”

Tokayev: “Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik”

Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır

Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır

Meyvə-tərəvəz ancaq belə yerlərdə satılmalıdır — Qida eksperti

Meyvə-tərəvəz ancaq belə yerlərdə satılmalıdır — Qida eksperti

Rusiyada kişi həyat yoldaşını siren səslərindən qorumaq üçün qeyri-adi üsula əl atdı – VİDEO

Rusiyada kişi həyat yoldaşını siren səslərindən qorumaq üçün qeyri-adi üsula əl atdı – VİDEO

Yerin altında sərvət tapıldı: 2 kilometr dərinliyə getdilər, sonu görünmədi

Yerin altında sərvət tapıldı: 2 kilometr dərinliyə getdilər, sonu görünmədi

Marketdən “təzə qoz” adı ilə aldığı məhsul xarab çıxdı – FOTO

Marketdən “təzə qoz” adı ilə aldığı məhsul xarab çıxdı – FOTO

Adında oyuncaq sözü olub, özü oyuncaq olmayan əşyalar: Lüğətlərdə bu sözlər dəyişdirilə bilər?

Adında oyuncaq sözü olub, özü oyuncaq olmayan əşyalar: Lüğətlərdə bu sözlər dəyişdirilə bilər?

“Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur” – VİDEO

“Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur” – VİDEO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər – FOTO

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər – FOTO

Ceyranbatanda yaşayış binasında yanğın – VİDEO

Ceyranbatanda yaşayış binasında yanğın – VİDEO

Samuxda qonşular arasında DAVA qanla nəticələndi

Samuxda qonşular arasında DAVA qanla nəticələndi

Məktəblinin geyim forması necə olmalıdır? – VİDEOÇARX

Məktəblinin geyim forması necə olmalıdır? – VİDEOÇARX

Dəmiryolçular iməcilik keçirdilər – FOTO

Dəmiryolçular iməcilik keçirdilər – FOTO

Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda ŞOK OĞURLUQ

Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda ŞOK OĞURLUQ

İkardi rəsmən boşandı

İkardi rəsmən boşandı

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Neftçalada şagirdlər 3 həftə niyə dərssiz qalıb? – RƏSMİ AÇIQLAMA

Neftçalada şagirdlər 3 həftə niyə dərssiz qalıb? – RƏSMİ AÇIQLAMA

Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar – FOTOLAR

Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar – FOTOLAR

Məktəblərdə geyim formaları ilə bağlı monitorinqlərə BAŞLANILIR - VİDEO

Məktəblərdə geyim formaları ilə bağlı monitorinqlərə BAŞLANILIR - VİDEO

Yasamalda mənzil almaq istəyənlərə yeni təklif: illik 8%-dən başlayan kredit – ƏTRAFLI

Yasamalda mənzil almaq istəyənlərə yeni təklif: illik 8%-dən başlayan kredit – ƏTRAFLI

End of content

No more pages to load

RADİO