Pakistan Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi, general-mayor Əhməd Şərif Çudri Ər-Riyad, İslamabad və Ankara arasında imzalanmış qarşılıqlı müdafiə sazişi çərçivəsində Pakistan hərbçilərinin Səudiyyə Ərəbistanında yerləşdiyini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Çudri qoşunların sayı və təchizatı barədə məlumatların məxfi olduğunu bildirib, lakin təhlükəsizlik öhdəliklərinin "mütləq" olduğunu və kollektiv müdafiə prinsipinə (bir üzvə hücum hamıya hücum deməkdir) əsaslandığını vurğulayıb.
O, qüvvələrin sırf müdafiə xarakterli olduğunu və "kollektiv çəkindirmə" məqsədi daşıdığını qeyd edib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan isə Ankarada macar həmkarı ilə birgə mətbuat konfransında "Məkkə paktının" tamamilə müdafiə xarakterli olduğunu, Türkiyənin heç bir ölkəyə hücum etmək üçün qoşun göndərməyəcəyini bəyan edib. Fidan saziş çərçivəsində hərbi nümayəndəliklərin Səudiyyə Ərəbistanının təhlükəsizliyi üçün birgə tədbirlər görəcəyini əlavə edib.
Bizim.Media