Tovuzda bədbəxt hadisə baş verib. 9 yaşlı oğlanı elektrik cərəyanı vurub.
Bizim.Media-nın Qərb bürosunun məlumatına görə, hadisə rayonun Düz Qırıqlı kəndində qeydə alınıb.
Kənd sakini, 2017-ci il təvəllüdlü Ə.S.-ni elektrik cərəyanı vurub. Xəstəxanaya yerləşdirilən azyaşlıya ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu