Bakıda qətl törədilib.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən mənzildə 2002-ci il təvəllüdlü Fatimə Rəhmanzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib.
Ötən gecə xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törətməkdə şübhəli bilinən F.Rəhmanzadənin həyat yoldaşı 1986-cı il təvəllüdlü Museyib Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Bizim.Media