Azərbaycanın gənclər və könüllü təşkilatlarından beynəlxalq təşkilatlara BƏYANAT

Azərbaycanın gənclər və könüllü təşkilatları 44 günlük Vətən müharibəsinin 6-cı ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar.

Bizim.Media xəbər verir ki, bəyanatda 27 Sentyabr - Anım Gününün milli yaddaşımızda xüsusi yer tutduğu qeyd olunub: 

"Bu gün biz, Azərbaycanın gənclər və könüllü təşkilatlarının nümayəndələri olaraq Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin hüzn və qürur hissi ilə yad edirik. Gəncə, Bərdə və Tərtər şəhərlərinə endirilən dağıdıcı zərbələr nəticəsində həlak olanlar da daxil olmaqla, bütün günahsız mülki şəxslərin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaqdır. Qəlbimizdə dərin yaralar açan bu faciələri xatırlayaraq bir daha bəyan edirik ki, belə müharibə cinayətləri heç vaxt unudulmamalıdır".

Bəyanatda, həmçinin 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixində həlledici dönüş nöqtəsi kimi qiymətləndirilib.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı təxminən 30 il işğal altında olmuş ərazilərimizi azad edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdi və suverenliyimizin tam təmin olunmasına yol açdı. Qarabağ və Şərqi Zəngəzurdakı tarixi torpaqlarımızın azad edilməsi milli zəfər və beynəlxalq hüququn təntənəsi oldu".

Bildirilir ki, müharibədən qalib ayrılan Azərbaycan Ermənistana sülh əlini uzadaraq regional sabitliyə sadiqliyini nümayiş etdirdi.

8 avqust 2025-ci ildə iki ölkə arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin paraflanması ilə tarixi mərhələyə qədəm qoyuldu. Bu mühüm irəliləyiş qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, inkişafı, birbaşa ticarət və nəqliyyat əlaqələrinin qurulması, eləcə də regionun hərtərəfli inkişafı üçün yeni imkanlar yaratdı.

Məcburi köçkünlük və işğal reallıqları ilə böyümüş Azərbaycan gəncləri üçün bu Zəfər qayıdış, yenidənqurma və dirçəliş dövrünün başlanğıcı oldu.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bu torpaqlarda həyatın bərpası istiqamətində tarixi missiyanın icrasına başlanıldı. Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdır, gələcək nəsillər üçün dayanıqlı və inkişaf edən icmalar formalaşdırılır.

Azərbaycan gəncləri üçün Böyük Qayıdışın yalnız yenidənqurma prosesi olmadığı, gənclərin təhsil, könüllülük, texnoloji innovasiyalar, yaradıcılıq və ictimai liderlik vasitəsilə bu torpaqların mədəni və iqtisadi dirçəlişində fəal iştirak etdiyi də bəyanatda xüsusi vurğulanıb.

"Bu Anım Günündə ədalətin bərpası naminə ən böyük fədakarlığı göstərmiş qəhrəman hərbçilərimizin və həlak olmuş mülki şəxslərin əziz xatirəsi önündə dərin ehtiramla baş əyirik. Onların irsi milli kimliyimizin ayrılmaz hissəsi olaraq əbədi yaşayacaqdır. İnanırıq ki, onların xatirəsinə göstərə biləcəyimiz ən böyük ehtiram üzərimizə düşən ümumi məsuliyyəti layiqincə yerinə yetirərək firavan, dayanıqlı və birlik içində olan gələcək qurmaqdır", - bəyanatın sonunda vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Şagirdinin anasından 65 min alıb qaytarmadı: Həbs edildi

Beyləqanda elektrik yarımstansiyası YANIR

Beyləqanda elektrik yarımstansiyası YANIR

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Sabunçu rayonunda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Şahin Mustafayev İran Prezidenti ilə görüşdü - FOTO

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Robert Kalinyak: "Azərbaycan öz suverenliyini qorumağa qadir olduğunu sübut edib"

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

Xəstəxanaya yerləşdirilən Xalq artistindən kövrək sözlər

Metro qatarlarında ilk tibbi yardım çantaları niyə yoxdur? – RƏSMİ AÇIQLAMA

Metro qatarlarında ilk tibbi yardım çantaları niyə yoxdur? – RƏSMİ AÇIQLAMA

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında - FOTO

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında - FOTO

Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO

Cəlilabadda yeni yaşayış məskəni aşkar edilib - FOTO

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - VİDEO

"Məni silkələyən ikinci belə hadisə olmayıb" - VİDEO

NATO qüvvələri Rusiya gəmisini ələ keçirməyi MƏŞQ EDİB

NATO qüvvələri Rusiya gəmisini ələ keçirməyi MƏŞQ EDİB

İtaliya qoşunlarının İraqdan çıxarılmasını başa çatdırdı

İtaliya qoşunlarının İraqdan çıxarılmasını başa çatdırdı

Nazir jurnalistə irad bildirdi - “Sualı elə verin ki...” – VİDEO

Nazir jurnalistə irad bildirdi - “Sualı elə verin ki...” – VİDEO

Naftalanın icra başçısı kollektivə TƏQDİM OLUNDU

Naftalanın icra başçısı kollektivə TƏQDİM OLUNDU

Zakir Həsənov Dmitri Pantus ilə görüşdü - FOTO

Zakir Həsənov Dmitri Pantus ilə görüşdü - FOTO

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Rusiya Sumidə məktəbi bombaladı: Ölənlər var – FOTO/VİDEO

Rusiya Sumidə məktəbi bombaladı: Ölənlər var – FOTO/VİDEO

End of content

No more pages to load

RADİO