Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov tərəfindən vətəndaşların növbəti videoqəbulu keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə DMX-dən məlumat verilib.
Bildirilib ki, müraciətlər əsasən müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, işə qəbul və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Xidmət rəisi qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Bizim.Media