Peşə təhsili diplomunun tanınması üzrə xidmət haqları təsdiqləndi

Nazirlər Kabineti 508 № li Qərarına dair izah verib. 

Bizim.Media xəbər verir ki, qurumdan verilən məlumata görə, Qərarla peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Təhsil Nazirliyinə ödəniləcək haqların məbləğləri təsdiq edilib.

Qeyd edilib ki, “Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması sahəsində göstərilən xidmətlərin siyahısı və həmin xidmətlərə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ödəniləcək haqların məbləğləri”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin Qərarı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 iyul tarixli 1088 nömrəli Fərmanının 1.1-ci bəndinin icrasının təmin etmək məqsədilə qəbul edilib.

Peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması ölkəmizin təhsil sistemində yeni bir sahə olduğundan, bu sahədə yüksək bilik və bacarıqlara malik peşəkar ekspertlərin prosesə cəlb edilməsinə xüsusi zərurət vardır.

Yerli əmək bazarında bu yeni sahə üzrə yüksəkixtisaslı kadrların çatışmazlığı və ən əsası, prosesin dövlət təhsil sənədinin verilməsi ilə nəticələnməsindən doğan həssaslıq, sahə üzrə ixtisaslaşmış xarici şirkətlərin, o cümlədən xarici mütəxəssislərin bu prosesə cəlb edilməsini labüd edir.

Beynəlxalq standartlara əsasən göstərilən xidmətin dəyərinin müəyyən edilməsi üçün həmin xidmətin göstərildiyi zaman sərf olunan birbaşa və dolayı xərclər, qiymətləndirmə zamanı müvafiq texniki avadanlıqlar olmadığı təqdirdə avadanlıqların icarəsinə sərf olunan xərclər, eləcə də Təhsildə Keyfiyyət Təminatı Agentliyinin işçilərinə vəzifə maaşlarına əlavələrin verilməsi və mükafatlandırma sisteminin tətbiq edilməsi ilə əlaqədar xərclər nəzərə alınıb.

Yuxarıda göstərilən xərc istiqamətləri nəzərə alınmaqla peşə təhsilinə dair qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş biliklərin müvafiq ixtisas üzrə qiymətləndirilməsi və tanınması üzrə bir xidmətin haqqı 100 manat məbləğində, peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bacarıq, səriştə və təcrübənin müvafiq ixtisasın təhsil proqramının (kurikulumun) bir modulu üzrə qiymətləndirilməsi üzrə bir xidmətin haqqı 80 manat məbləğində müəyyən edilib.

Eyni zamanda peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsinin və tanınmasının nəticəsi olaraq təkrar peşə təhsili sənədinin (diplom, sertifikat) itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsi üzrə bir xidmətin haqqı 20 manat məbləğində müəyyən edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sürücü 16 yaşlı oğlanı maşınla vurdu, göz yaşını saxlaya bilmədi – VİDEO

Sürücü 16 yaşlı oğlanı maşınla vurdu, göz yaşını saxlaya bilmədi – VİDEO

Ukraynada səfərbərlikdən yayınan kişi binanın damına çıxdı, tutularkən yıxıldı – ANBAAN VİDEO

Ukraynada səfərbərlikdən yayınan kişi binanın damına çıxdı, tutularkən yıxıldı – ANBAAN VİDEO

Qızıl ucuzlaşdı

Qızıl ucuzlaşdı

16 yaşlı oğlanı “tok” vurub öldürdü

16 yaşlı oğlanı “tok” vurub öldürdü

"Brent" neftinin qiyməti 107 dollara yaxınlaşdı

"Brent" neftinin qiyməti 107 dollara yaxınlaşdı

Saat fərqli, cavab eyni – “Azərişıq” vətəndaşların səbrini sınayır? – VİDEO

Saat fərqli, cavab eyni – “Azərişıq” vətəndaşların səbrini sınayır? – VİDEO

Bu gün Sərsəng su anbarında beynəlxalq yarışa START VERİLİR

Bu gün Sərsəng su anbarında beynəlxalq yarışa START VERİLİR

Avro və rubl bahalaşdı, dollari isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollari isə... – YENİ MƏZƏNNƏ

İsmayıl Əsgərov Rusiya-Ukrayna müharibəsində həyatını itirdi – FOTO

İsmayıl Əsgərov Rusiya-Ukrayna müharibəsində həyatını itirdi – FOTO

Çexiya Azərbaycandan enerji resursları alacaq?

Çexiya Azərbaycandan enerji resursları alacaq?

Dünyada nələr baş verib? – XRONİKA - VİDEO

Dünyada nələr baş verib? – XRONİKA - VİDEO

Yarışda 27 avtomobil bir-biri ilə TOQQUŞDU - VİDEO

Yarışda 27 avtomobil bir-biri ilə TOQQUŞDU - VİDEO

“Xalq artistini bağda stolun üstündə oynadıb, sonra yerə uzadıb…”

“Xalq artistini bağda stolun üstündə oynadıb, sonra yerə uzadıb…”

Maşın almaq istəyənlərə ŞAD XƏBƏR – VİDEO

Maşın almaq istəyənlərə ŞAD XƏBƏR – VİDEO

Ən səmərəli gübrəni hər axşam evimizdə istehsal edirik

Ən səmərəli gübrəni hər axşam evimizdə istehsal edirik

Keçmiş arvadını öldürmək istəyən şəxsə AĞIR CƏZA

Keçmiş arvadını öldürmək istəyən şəxsə AĞIR CƏZA

Yevlax sakinlərinin NƏZƏRİNƏ: Saat 15:00-dan etibarən…

Yevlax sakinlərinin NƏZƏRİNƏ: Saat 15:00-dan etibarən…

Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib

Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib

Ukrayna ilə danışıqların Bakıda keçirilməsi ideyasına Moskvadan REAKSİYA – ÖZƏL

Ukrayna ilə danışıqların Bakıda keçirilməsi ideyasına Moskvadan REAKSİYA – ÖZƏL

Yüzlərlə ailə köçürüləcək

Yüzlərlə ailə köçürüləcək

Bu rayonda ən yüksək balı şəhid övladı TOPLADI

Bu rayonda ən yüksək balı şəhid övladı TOPLADI

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

Rusiya ilə müharibə qaçılmazdır: ölkə hazırlığa başladı

Rusiya ilə müharibə qaçılmazdır: ölkə hazırlığa başladı

Yerdə tapılır: qramı 17 min manatdır – FOTO

Yerdə tapılır: qramı 17 min manatdır – FOTO

End of content

No more pages to load

RADİO