Hikmət Hacıyev ictimai şuraların yaradılması ilə bağlı görüş keçirdi

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev mərkəzi icra hakimiyyəti orqanlarında ictimai nəzarətin həyata keçirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, mövcud hüquqi bazanın təkmilləşdirilməsi məsələləri ilə bağlı həmin qurumların rəhbər şəxsləri ilə görüş keçirib.

Bizim.Media xəbər verir ki, H.Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinin vacibliyini vurğuladığını, müxtəlif sahələrdə mövcud olan problemlərin araşdırılmasında və onların həlli yollarına dair təkliflər hazırlanmasında vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakı ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verdiyini diqqətə çatdırıb.

Prezidentin köməkçisi 2013-cü ildə ölkəmizdə ictimai nəzarət mexanizminin hüquqi bazasının yaradıldığını, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edildiyini, qanuna əsasən mərkəzi və yerli icra hakimiyyəti, habelə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarəti təşkil etmək üçün həmin qurumların nəzdində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının seçkili nümayəndələrindən ibarət ictimai şuraların yaradılması mexanizminin təsbit edildiyini vurğulayıb.

O, sözügedən qanunun qəbul edilməsindən 7 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də onun tətbiqində ciddi problemlərin qaldığını, bir sıra mərkəzi icra hakimiyyəti orqanlarında ictimai şuraların yaradılmadığını, mövcud olan əksər şuraların isə yaradılmasında və fəaliyyətində kifayət qədər nöqsanlara yol verildiyini bildirib.

Daha sonra mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələri çıxış edərək ictimai şuraların yaradılması və fəaliyyəti zamanı üzləşdikləri problemləri diqqətə çatdırıblar. Onlar bəzi hallarda ictimai şuralara seçilən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin öz funksiyalarını, hüquq və vəzifələrini bilmədiklərini, habelə aidiyyəti sahə üzrə məlumatsız olduqlarını vurğulayıblar.

Görüşdə mərkəzi icra hakimiyyəti orqanlarının ictimai şuraları yaradarkən diqqət yetirməli olduqları əsas məqamlar barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonda Hikmət Hacıyev çıxış edərək, qısa müddət ərzində ictimai şuraların yaradılması prosesinə başlanılması, qanunvericiliyin bütün tələblərinə əməl edilməklə şəffaf və obyektiv seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb.

O, ictimai şuralarda müstəqil və təcrübəli şəxslərin təmsil olunmasına üstünlük verilməsinin, yerli qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlığın təmin edilməsinin, ictimai şuraların fəaliyyəti ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsinin, müvafiq təlim proqramlarının təşkil edilməsinin, ictimai şuraların iclaslarının mütəmadi keçirilməsinin, şuraların işində şəffaflığın təmin edilməsinin vacibliyini diqqətə çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sürücü 16 yaşlı oğlanı maşınla vurdu, göz yaşını saxlaya bilmədi – VİDEO

Sürücü 16 yaşlı oğlanı maşınla vurdu, göz yaşını saxlaya bilmədi – VİDEO

Ukraynada səfərbərlikdən yayınan kişi binanın damına çıxdı, tutularkən yıxıldı – ANBAAN VİDEO

Ukraynada səfərbərlikdən yayınan kişi binanın damına çıxdı, tutularkən yıxıldı – ANBAAN VİDEO

Qızıl ucuzlaşdı

Qızıl ucuzlaşdı

16 yaşlı oğlanı “tok” vurub öldürdü

16 yaşlı oğlanı “tok” vurub öldürdü

"Brent" neftinin qiyməti 107 dollara yaxınlaşdı

"Brent" neftinin qiyməti 107 dollara yaxınlaşdı

Saat fərqli, cavab eyni – “Azərişıq” vətəndaşların səbrini sınayır? – VİDEO

Saat fərqli, cavab eyni – “Azərişıq” vətəndaşların səbrini sınayır? – VİDEO

Bu gün Sərsəng su anbarında beynəlxalq yarışa START VERİLİR

Bu gün Sərsəng su anbarında beynəlxalq yarışa START VERİLİR

Avro və rubl bahalaşdı, dollari isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollari isə... – YENİ MƏZƏNNƏ

İsmayıl Əsgərov Rusiya-Ukrayna müharibəsində həyatını itirdi – FOTO

İsmayıl Əsgərov Rusiya-Ukrayna müharibəsində həyatını itirdi – FOTO

Çexiya Azərbaycandan enerji resursları alacaq?

Çexiya Azərbaycandan enerji resursları alacaq?

Dünyada nələr baş verib? – XRONİKA - VİDEO

Dünyada nələr baş verib? – XRONİKA - VİDEO

Yarışda 27 avtomobil bir-biri ilə TOQQUŞDU - VİDEO

Yarışda 27 avtomobil bir-biri ilə TOQQUŞDU - VİDEO

“Xalq artistini bağda stolun üstündə oynadıb, sonra yerə uzadıb…”

“Xalq artistini bağda stolun üstündə oynadıb, sonra yerə uzadıb…”

Maşın almaq istəyənlərə ŞAD XƏBƏR – VİDEO

Maşın almaq istəyənlərə ŞAD XƏBƏR – VİDEO

Ən səmərəli gübrəni hər axşam evimizdə istehsal edirik

Ən səmərəli gübrəni hər axşam evimizdə istehsal edirik

Keçmiş arvadını öldürmək istəyən şəxsə AĞIR CƏZA

Keçmiş arvadını öldürmək istəyən şəxsə AĞIR CƏZA

Yevlax sakinlərinin NƏZƏRİNƏ: Saat 15:00-dan etibarən…

Yevlax sakinlərinin NƏZƏRİNƏ: Saat 15:00-dan etibarən…

Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib

Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib

Ukrayna ilə danışıqların Bakıda keçirilməsi ideyasına Moskvadan REAKSİYA – ÖZƏL

Ukrayna ilə danışıqların Bakıda keçirilməsi ideyasına Moskvadan REAKSİYA – ÖZƏL

Yüzlərlə ailə köçürüləcək

Yüzlərlə ailə köçürüləcək

Bu rayonda ən yüksək balı şəhid övladı TOPLADI

Bu rayonda ən yüksək balı şəhid övladı TOPLADI

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

Rusiya ilə müharibə qaçılmazdır: ölkə hazırlığa başladı

Rusiya ilə müharibə qaçılmazdır: ölkə hazırlığa başladı

Yerdə tapılır: qramı 17 min manatdır – FOTO

Yerdə tapılır: qramı 17 min manatdır – FOTO

End of content

No more pages to load

RADİO