Xaçmaz Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi baş verib.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, icra başçısı Elnur Rzayevin əmri ilə İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu vəzifəsindən azad edilib.
O, 57 saylı Xaçmaz şəhər Dairə Seçki Komissiyasının sədri təyin olunub.
Anar Oruclu təyinatını Bizim.Media-ya təsdiqləyib və yeni vəzifəsinin bu gündən qüvvəyə mindiyini bildirib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu