500 mindən çox insan arasında aparılan miqyaslı tədqiqat yuxu rejiminin insan orqanizminin qocalma sürətinə birbaşa təsir etdiyini üzə çıxarıb.
Bizim.Media xəbər verir ki, alimlərin qənaətinə görə, sutkada 6 saatdan az və ya 8 saatdan çox yatan şəxslərin orqanizmi daha sürətlə qocalır.
İnsanların bioloji yaşı 23 müxtəlif biomarker əsasında qiymətləndirilib və nəticədə sağlamlıq üçün "qızıl orta"nın sutkada 6,5 — 7,8 saatlıq yuxu olduğu müəyyən edilib.
Mütəxəssislər xəbərdar edirlər ki, bu çərçivədən kənara çıxan istənilən yuxu müddəti bioloji qocalmanı sürətləndirir və orqanizmə ciddi zərər vurur. (musavat.com)
Bizim.Media