Prezidentin köməkçisi Anar Ələkbərov Masallıda şəhid ailələri ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə o, “İnstagram” hesabında paylaşım edib.
“Şəhidlərimizin əziz və nurlu xatirəsini dərin ehtiramla yad etdik. Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin. Masallıda şəhid anaları ilə bir araya gəlib, onlarla səmimi söhbət etmək və xoş anlar paylaşmaq çox dəyərli idi. İsti münasibətə, göstərilən qonaqpərvərliyə və açılan gözəl süfrəyə görə təşəkkür edirik”, - deyə o paylaşımda qeyd edib.













Bizim.Media