Bağça növbəsində yeni qazanc YOLU - Valideynlər hansı təhlükə ilə üz-üzədir?

Bağçalara elektron növbəyə yazılma prosesi davam edir. Bu prosesdə bəzi valideynlər növbəni daha tez tutmaq və övladlarını istədikləri bağçaya yerləşdirmək üçün pullu xidmət təklif edən İT mütəxəssislərinə müraciət etməyi düşündüklərini bildirirlər.

Valideynlərin sözlərinə görə, belə xidmət təklif edən İT mütəxəssisləri daha tez növbə götürməyi və uşağı seçilən bağçaya növbəyə yazdırmağı vəd edirlər. Bu isə elektron növbə sistemində belə xidmətlərin necə və hansı imkanlar hesabına göstərildiyi ilə bağlı suallar yaradır.
 

MÖVZU İLƏ BAĞLI:

Uşaqlar payızda niyə tez-tez xəstələnir? – Valideynlərin etdiyi təhlükəli SƏHVLƏR


Elektron növbə sistemlərində İT mütəxəssislərinin adi istifadəçidən daha tez növbə tutmaq üçün texniki üstünlük yaratması nə dərəcədə mümkündür və belə halların qarşısını almaq üçün sistemlərdə hansı müdafiə mexanizmləri olmalıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, uşaqların məktəbəqədər təhsil müəssisələrinə (bağçalara) elektron növbəyə yazılması prosesində bəzi şəxslərin pullu "İT xidməti" adı altında tez növbə tutmaq vədi verməsi rəqəmsal sistemlərin iş prinsipləri və təhlükəsizlik alətləri müstəvisində tez-tez qarşılaşdırılan hallardan biridir.

Ekspertin sözlərinə görə, bu məsələdə İT mütəxəssisinin yaratdığı iddia edilən texniki üstünlük, rəqəmsal sistemlərin müdafiə mexanizmləri və müasir təhlükəsizlik arxitekturası xüsusi əhəmiyyət kəsb edir:

Botlar və avtomatlaşdırılmış sistemlər növbədə üstünlük yarada bilər

"İT mütəxəssislərinin adi istifadəçilərdən daha sürətli növbə alması nəzəri olaraq avtomatlaşdırılmış skriptlər və brauzer botları (Selenium, Puppeteer və s.) vasitəsilə mümkündür. Adi istifadəçi səhifəni əllə yeniləyib formu doldurana qədər skriptlər millisaniyələr ərzində API sorğularını göndərə bilir. Lakin reallıqda pullu İT xidməti təklif edənlərin böyük hissəsi mürəkkəb bot texnologiyalarından ziyadə, sistemin açıldığı anda sürətli internet, yüklənməyə dözümlü kompyuter və formu öncədən hazır saxlayıb cəld klikləmək kimi adi təcrübədən istifadə edir. Yəni çox vaxt burada böyük texnoloji üstünlükdən daha çox, istifadəçilərin rəqəmsal savadlılıq və təcrübə fərqi rol oynayır".

Elektron növbə sistemlərində botlara qarşı hansı müdafiə mexanizmləri var?

Elvin Abbasov belə halların qarşısını almaq üçün sistemlərdə tələb olunan müdafiə mexanizmlərinə də aydınlıq gətirib. O qeyd edib ki, elektron növbə sistemlərində skriptlərin və süni üstünlüklərin qarşısını almaq üçün müasir rəqəmsal arxitekturalarda bir neçə standart müdafiə mexanizmi tətbiq olunur:

"İlk növbədə, CAPTCHA və reCAPTCHA alətləri form göndərilərkən istifadəçinin insan və ya proqram olduğunu təyin edərək botların yolunu kəsir. Bununla yanaşı, sorğu sayının məhdudlaşdırılması (Rate Limiting) eyni IP ünvanından qısa müddətdə daxil olan kütləvi sorğuları bloklayır. Əməliyyatın son mərhələsində tətbiq edilən SMS OTP doğrulama sistemi və virtuallaşdırılmış növbə otaqları (Cloudflare Waiting Room və s.) istifadəçiləri serverə bərabər sürətlə buraxaraq avtomatlaşdırılmış proqramların önə keçməsinin qarşısını alır".

myGov inteqrasiyası kənar müdaxilə imkanlarını məhdudlaşdırır

İKT eksperti vurğulayıb ki, sistemin myGov və vahid identifikasiya mühitinə inteqrasiya olunması isə kənar İT mütəxəssislərinin müstəqil müdaxilə imkanlarını sıfıra endirir:

"myGov platformasında identifikasiya fərdi identifikasiya nömrəsi (FİN), SMS OTP, Asan İmza və ya biometrik üz tanıma texnologiyaları ilə qorunur. Bu arxitekturada anonim kənar şəxsin və ya botların müstəqil şəkildə sistemə girib növbə götürməsi texniki olaraq mümkünsüzdür. İT mütəxəssisi bu prosesə yalnız valideyn öz şəxsi giriş məlumatlarını və mobil telefonuna gələn təsdiq kodunu ona fərdi şəkildə təqdim etdikdə daxil ola bilər".

Əsas risk: valideynlərin şəxsi məlumatlarını üçüncü şəxslərə verməsi

Elvin Abbasov tamam başqa bir istiqamətə də diqqət çəkib. O bildirib ki, burada şəxsi məlumatların üçüncü tərəfə ötürülməsi məsələsi meydana çıxır.

"myGov inteqrasiyalı növbə sistemlərində İT mütəxəssisinin xüsusi texniki üstünlüyündən daha çox, valideynlərin öz şəxsi hesab məlumatlarını könüllü olaraq üçüncü şəxslərə ötürməsi faktı dayanır. Bu hal isə növbə tutmaq məsələsindən daha çox fərdi məlumatların kənar şəxslərə keçməsi və rəqəmsal kimliyin riske atılması kimi ciddi kiber-təhlükəsizlik problemləri yaradır".

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Taksi sürücülərinin sabah imtahanı var

Taksi sürücülərinin sabah imtahanı var

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qızılın SON qiyməti - VİDEO

Qızılın SON qiyməti - VİDEO

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

End of content

No more pages to load

RADİO