Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır - VİDEO

Aparıcı Nigar Fərhadın təsisçisi olduğu “AİD Group” xaricdə təhsil şirkəti ilə bağlı şikayətlərin sayı artır.

Bizim.Media xəbər verir ki, “qafqazinfo.az”a müraciət edən paytaxt sakini Rüfət Mikayılov da şirkətdən şikayətçi olan şəxslərdən biridir.
 

Rüfət iki il əvvəl ABŞ-də təhsil almaq üçün “AİD Group”a müraciət edib. Şirkətdə ona müqavilə təqdim olunub, şərtlərlə razılaşdıqdan sonra o, 2 min dollar ödəniş edib.


Şikayətçinin sözlərinə görə, sonradan ona təqdim edilən müqavilədə ilkin göstərilən sənəddən fərqli şərtlərin yer aldığını görüb. Belə ki, yeni müqavilədə viza üçün əlavə 850 manat ödənilməli olduğu və başqa bir neçə əlavə qeyd edilib.

Rüfət ona ofisdə təqdim olunan yeni müqavilə ilə tanış olduqdan sonra “AİD Group”la ilkin razılaşmadan imtina edib:

“Əvvəl danışdıqlarımızdan fərqli şərtlərlə tanış olan kimi müraciətimə xitam verilməsini tələb etdim. Şirkətin yaratdığı “WhatsApp” qrupunda da bu barədə məlumat verdim. Qayda belədir ki, müqavilədən bir həftə ərzində imtina edildikdə ödənilən məbləğin yarısı geri qaytarılmalıdır. Amma bu vaxta qədər verdiyim 2 min dollardan 1 manat belə qaytarılmayıb. Sonuncu dəfə polisdə şikayət ərizəsi yazdım, prokurorluqdan mənə zəng ediləcəyini dedilər. Hələlik heç bir xəbər yoxdur”.

Rüfətin dediyinə görə, “AİD Group”un ofisinə daxil olarkən girişdə telefonu əlindən alınıb. Bu qayda kiminsə səsini yazmağın qarşısını almaq məqsədilə bütün müştərilərə tətbiq olunub.
 

“AİD Group”la bağlı hazırda Baş Prokurorluğun İstintaq İdarəsində hərtərəfli istintaq hərəkətləri aparılır. Bir neçə zərərçəkmişə dəymiş ziyanın ödənildiyi deyilir.


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nigar Fərhad artıq cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı  Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.

Bu ittihamlar gələcəkdə məhkəmə istintaqı ilə təsdiqini tapsa, Nigarı 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, iki ay əvvəl “AİD Group” fəaliyyətini dayandırıb. Şirkətin faktiki rəhbəri Samir Yəhyazadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Samir Nigar Fərhadın həyat yoldaşıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Taksi sürücülərinin sabah imtahanı var

Taksi sürücülərinin sabah imtahanı var

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qızılın SON qiyməti - VİDEO

Qızılın SON qiyməti - VİDEO

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

End of content

No more pages to load

RADİO