SON DƏQİQƏ! DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi: 10 nəfər saxlanıldı – VİDEO

Azərbaycan Respublikası (AR) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən antiterror və əməliyyat-axtarış tədbirləri zamanı AR və xarici ölkə vətəndaşlarının gizli təşkilatlanma, terrorçuluğa hazırlıq və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı cinayət əməlləri aşkar edilib.

Bu barədə Bizim.Media-ya DTX-nin Mətbuat xidmətindən məlumat verilib.
 

Bildirilib ki, həmin tədbirlər çərçivəsində əvvəllər “Sumqayıt camaatı” adlı terror qruplaşmasının tərkibində cinayət əməllərinin törədilməsinə görə məhkum olunmuş Vüqar Abdullayevin AR vətəndaşları Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə və qeyriləri ilə AR-də ictimai və dini xadimlərin həyatına sui-qəsd etmək məqsədilə cinayət əlaqəsinə girməsi təsbit edilmiş, onların bu məqsədlə keçirdikləri gizli görüşlər, telefon danışıqları qeydə alınaraq müvafiq qaydada sənədləşdirilib.


Başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilmişdir ki, cinayətkar birliyin üzvləri əvvəlcədən hədəf kimi seçdikləri AR vətəndaşlarının həyatına sui-qəsd etmək məqsədilə onların daimi hərəkət marşrutlarını və şəxsi qorunma vəziyyətlərini araşdıraraq məlumat toplamış, planlaşdırılan cinayət əməllərini törətdikdən sonra xaricdəki münaqişə bölgələrinə qaçmaq barədə sövdələşiblər.

Həmçinin, araşdırmalarla cinayətkar birliyin üzvü Cəlal Hacıyevin birbaşa, eləcə də ölkə xaricində olan AR vətəndaşları Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov, Elgün İsmayılov və qeyriləri vasitəsilə AR hüdudlarından kənarda dini radikalizm zəminində aparılan silahlı münaqişələrdə iştirak edən şəxslərin, o cümlədən beynəlxalq səviyyədə tanınmış terror təşkilatlarının kriptovalyuta sistemləri vasitəsilə maliyyələşdirilməsi işini təşkil etdiyi müəyyən olunub.
 

Qeyd olunan şəxslər tərəfindən terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin törədilməsi ilə əlaqədar sosial şəbəkələrdə yayımlanmış saxta elanlar vasitəsilə müxtəlif dini ayinlərin icrası adı altında toplanmış pul vəsaitlərinin mənbəyi, habelə pulköçürmə mexanizmlərinə dair çoxsaylı mötəbər dəlillər əldə edilib.


Digər dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları ilə birgə tədbirlər nəticəsində beynəlxalq terrorçuluğun maliyyələşdirilməsində iştirak edən, müxtəlif ölkələrdə məskunlaşmış şəxslərdən ibarət cinayətkar birliyin geniş dairəsi ifşa edilmiş, 5 ölkə ərazisində paralel antiterror tədbirləri nəticəsində qruplaşmanın ümumilikdə 10 üzvü saxlanılıb.

Xaricdə saxlanılan şəxslərdən Elşən Əsgərov Azərbaycan Respublikasına ekstradisiya edilmişdir. Cinayətkar dəstənin üzvləri Vüqar Abdullayev, Cəlal Hacıyev, Cavid Əliyev, Nicat Əhmədov, Nazim Əliyev, İlkin Həsənzadə, Ayxan Hüseynov, Elşən Əsgərov, Fəxrəddin İmanov, Nail Rəsulov və Elgün İsmayılov AR Cinayət Məcəlləsinin 214-1, 218.1, 28, 277-ci (terrorçuluğun maliyyələşdirilməsi, cinayətkar birlik (təşkilat) yaratma, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etməyə hazırlıq) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxslər qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Taksi sürücülərinin sabah imtahanı var

Taksi sürücülərinin sabah imtahanı var

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qızılın SON qiyməti - VİDEO

Qızılın SON qiyməti - VİDEO

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

End of content

No more pages to load

RADİO