Payızda işıqpulunu artıran 4 CİHAZ

Havalar soyuduqca yay aylarında az istifadə olunan bəzi elektrik cihazları yenidən işə düşür. Bu isə elektrik enerjisi sərfiyyatının və aylıq ödənişlərin artmasına səbəb olur.

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, payız aylarında elektrik enerjisini ən çox sərf edən məişət cihazları arasında elektrikli qızdırıcı, su qızdırıcısı, elektrik sobası və paltarqurudan maşın yer alır.

Siyahıda ilk yeri elektrikli hava qızdırıcısı tutur. Bu cihaz otağı qısa müddətdə, hətta təxminən 5 dəqiqəyə qızdıra bilir. Lakin onun gücü adətən 1000-2500 vatt arasında dəyişir və uzun müddət işlədikdə elektrik sərfiyyatı xeyli artır.
 

Məsələn, gücü 2000 vatt olan qızdırıcı gündə 3 saat işləsə, ay ərzində təxminən 180 kilovat-saat elektrik enerjisi sərf edə bilər. Cihaz gündə 8 saat istifadə olunarsa, xüsusilə evdən işləyənlərdə və ya soyuq uşaq otaqlarında elektrik xərci daha da yüksələ bilər.


İkinci ən çox enerji sərf edən cihaz elektrikli su qızdırıcısıdır. Bu cihaz bütün il istifadə olunsa da, payız və qış aylarında su xəttindən daxil olan su daha soyuq olur. Buna görə də suyu lazım olan temperatura çatdırmaq üçün daha çox enerji tələb edilir.

Mütəxəssislərin hesablamalarına görə, 80 litrlik elektrikli su qızdırıcısı ailə üzvlərinin sayı, istifadə qaydası və cihazın xüsusiyyətlərindən asılı olaraq ayda təxminən 100-250 kilovat-saat enerji sərf edə bilər. Bu səbəbdən termostatın düzgün tənzimlənməsi tövsiyə olunur. Suyun ehtiyacdan artıq yüksək temperaturda saxlanılması əlavə enerji itkisinə səbəb olur.

Payızda elektrik sərfiyyatını artıran üçüncü cihaz elektrik sobasıdır. Standart elektrik sobalarının gücü adətən 2000-3600 vatt arasında dəyişir. Lakin soba müəyyən temperatura çatdıqdan sonra termostat qızdırıcı elementləri vaxtaşırı söndürdüyü üçün faktiki sərfiyyat göstərilən maksimum gücdən aşağı olur.

Adi bişirmə proqramında bir istifadə zamanı təxminən 0,7-1,2 kilovat-saat elektrik enerjisi sərf oluna bilər. Ən çox enerji isə sobanın əvvəlcədən qızdırılması zamanı istifadə edilir.
Buna görə yemək hazır olmadıqda sobanı uzun müddət boş vəziyyətdə isti saxlamaq məsləhət görülmür. Konveksiya rejimindən istifadə etmək də enerjiyə qənaət edə bilər. Bu rejimdə bir çox yeməyi ənənəvi üsulla müqayisədə təxminən 20 dərəcə aşağı temperaturda bişirmək mümkündür.
 

Siyahının dördüncü pilləsində paltarqurudan maşın dayanır. Yağışlı havaların artması ilə insanlar paltarları açıq havada qurutmaq əvəzinə bu cihazdan daha çox istifadə edirlər. Burada cihazın növü böyük əhəmiyyət daşıyır. Adi qızdırıcı elementlə işləyən kondensasiya tipli paltarqurudan maşınla istilik nasoslu model arasında enerji sərfiyyatı baxımından üç dəfədən çox fərq ola bilər.


Avropa standartlarına əsasən, 7 kiloqram tutumlu adi kondensasiya tipli paltarqurudan maşın “eco” rejimində bir dövr ərzində təxminən 2,7 kilovat-saat enerji sərf edir. İstilik nasosu ilə işləyən modeldə isə bu göstərici təxminən 0,85 kilovat-saatdır.

Mütəxəssislər bildirirlər ki, payız və qış aylarında elektrik hesablarının kəskin artmasının qarşısını almaq üçün yüksək enerji sərf edən cihazlardan mümkün qədər səmərəli istifadə etmək, onları ehtiyac olmadıqda işlək vəziyyətdə saxlamamaq və enerji qənaətli modellərə üstünlük vermək lazımdır. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Taksi sürücülərinin sabah imtahanı var

Taksi sürücülərinin sabah imtahanı var

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Azərbaycan neftinin qiyməti 118 dollara düşdü - VİDEO

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Rusiya Avropa şirkətlərinə təzyiqi gücləndirir: "Qoy qorxsunlar"

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qubadlıda prokurorluq işçilərinin peşə bayramı qeyd olundu – FOTO

Qızılın SON qiyməti - VİDEO

Qızılın SON qiyməti - VİDEO

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

Yaponiyada 6 maqnitudalı zəlzələ oldu

End of content

No more pages to load

RADİO