Zeynəb Xanlarovanın bacısı oğlunun həbsi ilə bağlı məlumat - RƏSMİ

Xəzər dənizi sahilində dövlətə məxsus olan orta bazar qiyməti yüksək olan torpaq sahəsini və həmin torpaq sahəsinə dair əmlak hüquqlarını dələduzluq etməklə ələ keçirməkdə təqsirləndirilən şəxslər həbs edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Türkan qəsəbəsi sakinləri Xumara Şabanova və Əzizəxanım Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla qanunsuz satılması barədə daxil olmuş müraciətlər əsasında Xəzər rayon prokurorluğu tərəfindən başlanmış cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Həyata keçirilən intensiv istintaq tədbirləri ilə Türkan qəsəbəsi sakinləri Daşqın Nəsirov və Çingiz Səfərovun 2019-cu ilin iyul ayında Xəzər Rayon İcra Hakimiyyətinin Türkan qəsəbə nümayəndəsi vəzifəsində işləmiş Rahil Babayevi vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik edərək qəsəbə sakinləri Əzizxanım Atayevanın və Xumara Şabanovanın ölmələrinə dair saxta sənədlər hazırlamalarına, daha sonra Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə ünvanlanmış məktublara qeyd olunan şəxslərə məxsus Türkan qəsəbəsi “Bağlar Məscidi” deyilən ərazidə yerləşən bağ sahəsinin guya Türkan qəsəbəsində Xəzər dənizinin sahilində yerləşməsini əks etdirən yalan məlumatlar daxil etmələrinə, bununla da dövlətə məxsus olan orta bazar qiyməti daha yüksək olan torpaq sahəsini və həmin torpaq sahəsinə dair əmlak hüquqlarını dələduzluq etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Çingiz Səfərov və Daşqın Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 320.2 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə, icra nümayəndəsi işləmiş Rahil Babayev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə təqsirləndirilən şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, Daşqın Nəsirov Xalq artisti, Milli Məclisin sabiq deputatı Zeynəb Xanlarovanın bacısı oğludur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sürücü 16 yaşlı oğlanı maşınla vurdu, göz yaşını saxlaya bilmədi – VİDEO

Sürücü 16 yaşlı oğlanı maşınla vurdu, göz yaşını saxlaya bilmədi – VİDEO

Ukraynada səfərbərlikdən yayınan kişi binanın damına çıxdı, tutularkən yıxıldı – ANBAAN VİDEO

Ukraynada səfərbərlikdən yayınan kişi binanın damına çıxdı, tutularkən yıxıldı – ANBAAN VİDEO

Qızıl ucuzlaşdı

Qızıl ucuzlaşdı

16 yaşlı oğlanı “tok” vurub öldürdü

16 yaşlı oğlanı “tok” vurub öldürdü

"Brent" neftinin qiyməti 107 dollara yaxınlaşdı

"Brent" neftinin qiyməti 107 dollara yaxınlaşdı

Saat fərqli, cavab eyni – “Azərişıq” vətəndaşların səbrini sınayır? – VİDEO

Saat fərqli, cavab eyni – “Azərişıq” vətəndaşların səbrini sınayır? – VİDEO

Bu gün Sərsəng su anbarında beynəlxalq yarışa START VERİLİR

Bu gün Sərsəng su anbarında beynəlxalq yarışa START VERİLİR

Avro və rubl bahalaşdı, dollari isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollari isə... – YENİ MƏZƏNNƏ

İsmayıl Əsgərov Rusiya-Ukrayna müharibəsində həyatını itirdi – FOTO

İsmayıl Əsgərov Rusiya-Ukrayna müharibəsində həyatını itirdi – FOTO

Çexiya Azərbaycandan enerji resursları alacaq?

Çexiya Azərbaycandan enerji resursları alacaq?

Dünyada nələr baş verib? – XRONİKA - VİDEO

Dünyada nələr baş verib? – XRONİKA - VİDEO

Yarışda 27 avtomobil bir-biri ilə TOQQUŞDU - VİDEO

Yarışda 27 avtomobil bir-biri ilə TOQQUŞDU - VİDEO

“Xalq artistini bağda stolun üstündə oynadıb, sonra yerə uzadıb…”

“Xalq artistini bağda stolun üstündə oynadıb, sonra yerə uzadıb…”

Maşın almaq istəyənlərə ŞAD XƏBƏR – VİDEO

Maşın almaq istəyənlərə ŞAD XƏBƏR – VİDEO

Ən səmərəli gübrəni hər axşam evimizdə istehsal edirik

Ən səmərəli gübrəni hər axşam evimizdə istehsal edirik

Keçmiş arvadını öldürmək istəyən şəxsə AĞIR CƏZA

Keçmiş arvadını öldürmək istəyən şəxsə AĞIR CƏZA

Yevlax sakinlərinin NƏZƏRİNƏ: Saat 15:00-dan etibarən…

Yevlax sakinlərinin NƏZƏRİNƏ: Saat 15:00-dan etibarən…

Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib

Göygöldə “Qəhrəmanlar bağı” aksiyası həyata keçirilib

Ukrayna ilə danışıqların Bakıda keçirilməsi ideyasına Moskvadan REAKSİYA – ÖZƏL

Ukrayna ilə danışıqların Bakıda keçirilməsi ideyasına Moskvadan REAKSİYA – ÖZƏL

Yüzlərlə ailə köçürüləcək

Yüzlərlə ailə köçürüləcək

Bu rayonda ən yüksək balı şəhid övladı TOPLADI

Bu rayonda ən yüksək balı şəhid övladı TOPLADI

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək

Rusiya ilə müharibə qaçılmazdır: ölkə hazırlığa başladı

Rusiya ilə müharibə qaçılmazdır: ölkə hazırlığa başladı

Yerdə tapılır: qramı 17 min manatdır – FOTO

Yerdə tapılır: qramı 17 min manatdır – FOTO

End of content

No more pages to load

RADİO