Teleməkanda ilk dəfə olaraq Şuşada yayıma Azərbaycan Televiziyası (AzTV) başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.
Mənbə bildirir ki, Şuşada Azərbaycan Televiziyasına baxmaq və 105 FM radiosunu dinləmək mümkündür.
“Müharibə bitdikdən bir neçə gün sonra televiziyamızın yayımını bərpa etmək üçün işlərə başladıq. Ötürücü avadanlıqlar quraşdırıldı və həmin günlərdən TV-yə Şuşada baxmaq və radionu dinləmək mümkün oldu. Əsas məqsədimiz işğaldan azad olunmuş bütün torpaqlarımızda tezliklə yayımı bərpa etməkdir”,- deyə şöbədən bildirilib.
Bizim.Media