“15 il müəllim işləmiş biri yaxşı məktəb direktoru olacaq deyə bir şey yoxdur”.
Bu barədə Elm və Təhsil naziri Emin Əmrullayev Təhsil işçilərinin sentyabr konfransındakı çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, əsas məqsəd müəllimdən yaxşı metodist, metodistdən yaxşı direktor müavini, yaxşı direktor müavinlərindən isə direktor yetişdirməkdir.
"Təəssüf ki, bizim metodistlərin sayı azdır. Hazırda 500 metodist var. Lakin hər fənn üzrə bir neçə yüz metodistimiz olmalıdır", — deyə nazir əlavə edib.
Fəridə, Bizim.Media