Dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb.
Bizim.Media xəbər verir ki, bunu Məktəbəqəder və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov təhsil işçilərinin sentyabr konfransında çıxışında bildirib.
“Məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirmək üçün birinci istiqamət mövcud dövlət bağçalarının imkanlarından daha səmərəli istifadə etməkdir.
Tələbat olan ərazilərdə yeni qrupların yaradılması, təmir və təchizat hesabına dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb”, - deyə direktor qeyd edib.
Fəridə, Bizim.Media