Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub.

Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?

Bizim.Media xəbər verir ki, “globalinfo.az”a danışan iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, büdcəyə yenidən baxılması ilə bağlı hər hansı qadağa yoxdur:

“Hökumət istədiyi vaxt büdcəyə yenidən baxa bilər. Hətta qanunvericilikdə müəyyən hallarda, xüsusilə gəlirlərin kəskin azalması zamanı büdcəyə məcburi yenidən baxılmasını nəzərdə tutan qaydalar və tələblər də var. Yəni hökumətin öz təşəbbüsü ilə büdcəyə yenidən baxması da mümkündür. Lakin hesab edirəm ki, bu il büdcəyə yenidən baxılmayacaq. Səbəb isə ilin sonuna yaxınlaşmağımızdır. Artıq sentyabrdır və hazırda əsas diqqət 2027-ci ilin dövlət büdcəsinin hazırlanmasına yönəlib. Büdcənin razılaşdırılması və Milli Məclisə təqdim edilməsi ilə bağlı hazırlıq prosesi gedir. Buna görə də 2026-cı ilin büdcəsinə yenidən baxılması gözlənilmir”.

İqtisadçı bildirib ki, maaş, pensiya və digər ödənişlər isə növbəti ildən arta bilər:

“Pensiyaların artımı əsasən indeksasiya yolu ilə həyata keçirilir. Belə ki, pensiyalar hər il əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq indeksləşdirilir. 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artıb. Minimum əməkhaqqının artırılması məsələsinə də baxılacaq. Bu ilin fevral-mart aylarında qəbul edilən qanunla minimum əməkhaqqının məbləğinə hər il yenidən baxılması nəzərdə tutulub. Burada onun mütləq artırılması deyil, yenidən nəzərdən keçirilməsi tələb olunur. 

Sonuncu dəfə minimum əməkhaqqı 2025-ci il yanvarın 1-dən artırılıb. Ona görə də növbəti baxış zamanı minimum əməkhaqqının artırılması ehtimalı yüksəkdir. Çünki artıq iki ilə yaxındır bu məbləğ dəyişməyib. Ötən il inflyasiya 6 faizdən bir qədər çox olub, bu il də inflyasiyanın yüksək qalacağı gözlənilir. Buna görə minimum əməkhaqqının təxminən 10-15 faiz artırılacağını düşünürəm”.

Ekspert qeyd edib ki, minimum əməkhaqqı artdıqda digər ödənişlərə də təsir göstərir:

“Ünvanlı sosial yardımın məbləğinin artması da gözlənilir. Bunun üçün ilk növbədə yaşayış minimumu müəyyənləşdirilməlidir. Yaşayış minimumu haqqında qanun qəbul edilərkən minimum istehlak səbətinin həcmi nəzərə alınır. Ölkədə inflyasiyanın yüksək olması fonunda yaşayış minimumunun da artırılması gözlənilir. Bu isə öz növbəsində ünvanlı sosial yardımın məbləğinə təsir edəcək. Digər təqaüd və sosial ödənişlərin, eləcə də maaşların artırılıb-artırılmaması isə Prezidentin səlahiyyətində olan məsələdir və bununla bağlı qərar veriləcək.

Neftin bahalaşmasının Azərbaycanda yanacaq qiymətlərinə birbaşa təsiri yoxdur. Çünki ölkədə benzin və dizel yanacağının qiymətləri Tarif Şurasının qərarı ilə müəyyənləşdirilir. Məsələn, dünya bazarında neftin qiyməti dəyişməsə belə, ötən ilin dekabrında dizel yanacağının qiyməti 10 faiz, benzinin qiyməti isə 5 faiz artırıldı. Bu baxımdan dünya neft qiymətləri ilə Azərbaycanda benzin qiymətləri arasında birbaşa əlaqə yoxdur. Yanacağın qiymətinin artırılıb-artırılmaması hökumətin qərarından asılıdır. Lakin dünya bazarında neftin bahalaşmasının başqa təsiri var.

Neft qiymətlərinin artması ölkəyə idxal olunan məhsulların bahalaşmasına və nəticə etibarilə idxal inflyasiyasının yüksəlməsinə səbəb ola bilər”.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Azərbaycandan QƏTİYYƏTLİ MÖVQE – İsveçrədə Qarabağla bağlı təxribatçı forum BAŞ TUTMADI – EKSKLÜZİV

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Yeni PUA-mız ilk dəfə nümayiş etdirildi - FOTO

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

Daha bir "Flydubai" təyyarəsi qəfildən istimaqətini dəyişdi: Nə baş verir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

“Köhnə peşə”nin yeni nümayəndələri – Sürücüləri tələyə salan piyadaları hansı cəza gözləyir?

Bu qəsəbədə saxta alkoqollu içkilər istehsal edilirmiş – FOTO

Bu qəsəbədə saxta alkoqollu içkilər istehsal edilirmiş – FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Azərbaycanın yeni lazer raketi - FOTO

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Tac Mahalın arxasında gizlənən səfalət — Hindistandan REPORTAJ (FOTOLAR)

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

Pilotların dava etdiyi həmin təyyarədən ilk FOTOLAR

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

“SİQR” pilotsuz quru robotu nümayiş etdirildi - FOTO

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Azərbaycan və İran arasında hərbi sahədə əlaqələr müzakirə edildi

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Həkimi döyüb, xadimənin sümüyünü sındırıb

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

Azərbaycanın “VAŞAQ” zirehli əməliyyat maşını – FOTO

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

12 milyonluq "Bulvar İdarəsi" İŞİ: "Pulları Fuad müəllimə verirdim"

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanıldı – FOTO

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Müdafiə sahəsinə 500 milyon dollar: Azərbaycan və Türkiyə yeni sazişlər imzaladı

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

Daha bir Azərbaycan vətandaşı Rusiya-Ukrayna müharibəsində HƏLAK OLDU

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanda alternativ hərbi xidmətə KEÇİD GÜNDƏMDƏ

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

Azərbaycanın sabiq deputatı "Ahıllar evi"nə yerləşdirilib - VİDEO

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

DİQQƏT! Ağdaş, Şəki və Qəbələnin bəzi ərazilərində qaz kəsiləcək

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hüquq-mühafizə orqanları əməkdaşlarının maddi təminatı ilə bağlı normalar TƏKMİLLƏŞDİRİLİR

Hərbçilərin maaşı ARTIRILIR

Hərbçilərin maaşı ARTIRILIR

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Moldova Azərbaycandan qaz alacaq? - Baş nazir Bakıya gəlir

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

Hərbçilərin pensiyası ilə bağlı YENİLİK

End of content

No more pages to load

RADİO