Ötən il ölən bir yaşına qədər körpələrin sayı açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, ötən il 95 875 nəfər doğulub, 59 834 nəfər ölüb. Ölənlər arasında 1312 nəfəri bir yaşına qədər olan körpələr təşkil edib.
Bir yaşına qədər körpə ölümü daha çox şəhərlərdə qeydə alınıb. Belə ki, körpələrin ölüm hadisəsinin 765-i şəhərdə, 547-si kəndlərdə qeydə alınıb. (oxu.az)
Bizim.Media