Ölmüş heyvanların və bioloji tullantıların utilizasiyası üzrə müəssisələr yaradılmasının təşviqi nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.
Proqrama əsasən, utilizasiya müəssisələrinin yaradılması üzrə beynəlxalq təcrübənin araşdırılması, fermerlərin və sahibkarların beynəlxalq təcrübədə istifadə olunan əsas modellər haqqında maarifləndirilməsi üçün tədbirlərin təşkili, o cümlədən ölmüş heyvanların və bioloji tullantıların utilizasiyası üzrə müəssisələrin yaradılmasına (layihələndirilməsinə) dair sahibkarlıq subyektlərinin müraciətlərinin qiymətləndirilməsi hədəflənir.
Sözügedən işlərin əsas icraçısı kimi Qida Təhlükəsizliyi Agentliyi, digər icraçılar kimi isə İqtisadiyyat, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi müəyyən edilib.
Bizim.Media