Azərbaycanda qida təminatı ilə bağlı əsas təhlükələr açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nda qeyd olunub.
Həmin təhlükələr aşağıdakılardır:
- iqlim dəyişikliyi nəticəsində temperatur artımı, quraqlıq və ekstremal hava hadisələrinin qida təhlükəsizliyi risklərini artırması;
- antimikrob rezistentliyin sürətlə yayılması və müalicəyə davamlı infeksiyaların artması;
- zoonoz xəstəliklərin yayılma riskinin artması və bioloji təhlükəsizlik çağırışları;
- qloballaşan və mürəkkəbləşən qida tədarükü zəncirlərində çirklənmə mənbələrinin müəyyən edilməsinin çətinləşməsi;
- qida məhsullarının saxtalaşdırılması, yanlış etiketlənmə və istehlakçıların aldadılması hallarının artması;
- qlobal böhranlar (pandemiya, geosiyasi gərginliklər) nəticəsində tədarük zəncirində fasilələrin yaranması.
Bizim.Media