2026-cı il ərzində Azərbaycanın ixrac etdiyi at ətinin həcmi açıqlanıb.
Bizim.Media-nın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, cari il ərzində Agentlik tərəfindən beynəlxalq tələblər nəzərə alınmaqla 56 ton at əti ixrac olunub.
At əti Qazaxıstan və Qırğızıstana göndərilib.
Qeyd edək ki, ötən il Azərbaycan ümumilikdə 120 ton at əti satıb. Azərbaycan bu məhsulu yalnız Qazaxıstan Respublikasına ixrac etmişdi.
Fəridə, Bizim.Media