Xəbər verdiyimiz kimi Naxçıvan Müəllimlər İnstitutu yeni tədris ilində bakalavr və magistr səviyyələri üzrə tələbə qəbulu aparmayacaq. Bu isə təhsil müəssisəsinin akkreditasiyası ilə bağlı sual doğurub.
Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya Şurasının qərarına əsasən, Nazirliyin 30 aprel 2019-cu il tarixli 232 nömrəli əmri ilə Naxçıvan Müəllimlər İnstitutu dövlət ali təhsil müəssisəsi kimi 5 (beş) il müddətinə akkreditasiya olunub (2019–2024-cü illər).
"Növbəti akkreditasiyanın keçirilməsi qrafikdəki ardıcıllığa uyğun olaraq gələcək illər üçün planlaşdırılır", - məlumatda bildirilib.
Fəridə, Bizim.Media