Bu gün saat 10:00-dan Xaçmaz rayonunda ümumilikdə 6 775 abonentin qaz təchizatı dayandırılacaq.
“Bizim.Media”nın Şimal bürosunun məlumatına görə, bu barədə Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Xaçmaz Qaz İstismar Sahəsi məlumat yayıb.
Bildirilib ki, Qusarçay kəndi istiqamətində istismarda olan diametri 315 mm-lik orta təzyiqli qaz xəttinin kipliyə sınaq olunması ilə əlaqədar bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Məlumata görə, qaz təchizatının dayandırılması müddətində Müşkür, Müzəffəroba, Müşfiq, Sabiroba, Mürşüdoba, Qadaşoba, Nərəcan, Ağtala, Qımılqışlaq, Mollabürhan, Mirzəmətkənd, Çinartala, Palçıqoba, Çuxuroba, Şıxlar, Hacıisaoba, Maşıoba, Köhnə Xaçmaz və Gəncəli kəndlərində təbii qazın verilişində fasilələr yaranacaq.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu