Təcili tibbi yardım sahəsində çalışan həkimlərin əməkhaqqısı əhəmiyyətli dərəcədə artırılacaq.
Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) icraçı direktoru Anar Bayramov mətbuat konfransında deyib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi (RTTTYM) həkimlərinin maaşı 1 550 manatdan 2 200 manata, tibb mərkəzlərinin təcili yardım şöbələrində çalışan həkimlərin maaşı isə 2 500 manata yüksəldiləcək.
3A və 3B kateqoriyalı tibb müəssisələrində çalışan təcili yardım həkimlərinin aylıq əməkhaqqısı 3 000 manat olacaq.

Bizim.Media