Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsində qeydə alınıb.
İlkin məlumata görə, 1963-cü il təvəllüdlü Əsgərov Yaşar Təvəkkül oğlu idarə etdiyi "Kia Sorento" markalı avtomobillə piyadanı vurub.
Piyada aldığı xəsarətlərdən ölüb. Onun şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır. (Report.az)
Bizim.Media