Qax şəhər N. Allahverdiyev adına 2 nömrəli lisey-məktəbin məzunları builki ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstəriblər.
Bu barədə Bizim.Media-nın Mərkəzi Aran bürosuna məktəbin direktor müavini və STEAM mentoru Misidə Aşurova məlumat verib.
Onun sözlərinə görə, məktəbin 11-V sinfində təhsil alan 20 şagirdin hamısı, 11-U sinfində isə 19 şagirdin hamısı ali məktəblərə qəbul olub. Beləliklə, hər iki sinif üzrə 100 faiz nəticə əldə edilib.
Misidə Aşurovanın sözlərinə görə, məktəbin 5 məzunu 600-dən yüksək bal toplayıb.
Qeyd edək ki, bir məktəbin iki sinfində bütün şagirdlərin ali məktəblərə qəbul olması olduqca yüksək və sevindirici nəticədir. Bu göstərici həm məzunların, həm müəllimlərin, həm də məktəb rəhbərliyinin uğurlu fəaliyyətinin nəticəsidir.
Biz də bütün məzunları bu böyük uğur münasibətilə təbrik edir, onların gələcək təhsil həyatında yeni nailiyyətlər qazanmasını arzulayırıq.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu