İçərişəhər ərazisində yerləşən “Sapphire Inn” otelində yanğın baş verib.
Bizim.Media Modern.az-a istinadla xəbər verir ki, yanğın otelin ikinci mərtəbəsində başlayıb.
Hadisə yerinə dərhal yanğınsöndürən qüvvələr cəlb olunub.
Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.
Hadisə yerinə yanğınsöndürənlərlə yanaşı, təcili tibbi yardım briqadaları və polis əməkdaşları da cəlb olunublar. Təhlükəsizlik məqsədilə oteldə olan şəxslər təxliyə edilib.
Yanğının başvermə səbəbləri və hadisə nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı hələlik əlavə məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır.

Bizim.Media