Xəbər verdiyimiz kimi Qazaxda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. İki avtomobilin toqquşması nəticəsində ölənlərin sayı üç nəfər olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə ağır qəza zamanı 1958-ci il təvəllüdlü Səkinə Mustafayeva, 1968-ci il təvəllüdlü Məqsəd İbrahimov və 1959-cu il təvəllüdlü Fəxrəddin Mustafayev hadisə yerində dünyasını dəyişiblər.
Qəza zamanı 1997-ci il təvəllüdlü Şəhadət Mustafayev isə ağır xəsarətlərlə Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri də cəlb olunub. Onların köməkliyi ilə həlak olanların meyiti deformasiyaya uğrayan avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu