Müəllimlərin maaşı ilə bağlı YENİ TƏKLİF – Şagirdlərin nəticəsinə görə hesablanacaq?

Son günlər müəllimlərin maaşının şagirdlərinin nəticələrinə uyğun müəyyənləşdirilməsi ilə bağlı təkliflər gündəmə gəlib və cəmiyyətdə müzakirələrə səbəb olub. Azərbaycanda uzun illərdir şagirdlərin göstəricilərinin müəllimin fəaliyyətinin nəticələrindən biri olduğu düşünülür. Dünyada da buna bənzər nümunələr var. Məsələn, ABŞ-ın bəzi məktəblərində, Hindistanın bir neçə ştatında və Çilidə şagirdlərin yüksək qiymətli fəaliyyətinə görə pedaqoqlara əlavə ödəniş və bonus modellərindən istifadə edilib. Ancaq müəllimin maaşının birbaşa şagird nəticələrinə bağlanması geniş yayılmış sistem deyil.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Məzahir Məmmədlinin də sözlərinə görə, bu nə dünya təcrübəsində, nə də bizim uzun müddət yaşadığımız təhsil mühitində mümkün olub.

Şagirdin nəticəsini yalnız müəllimin fəaliyyəti ilə ölçmək mümkündürmü?
 

M.Məmmədli bildirir ki, şagirdin yüksək nəticə göstərməsi yalnız bir müəllimdən asılı deyil. Bu, ümumilikdə məktəbin, bəzi hallarda isə cəmiyyətin problemidir:


“Elə məktəblərimiz var ki, orada ixtisaslaşmış, peşəkar fizik, kimyaçı, ədəbiyyatçı və ya tarixçi müəllimlər çalışır. Həmin müəllimlərin hazırladığı şagirdlər yüksək nəticələr əldə edərək istədikləri ixtisaslara qəbul ola bilirlər. Ancaq ümumi mənzərəyə baxdıqda görürük ki, bir məktəbin bütün fəaliyyəti eyni dərəcədə ürəkaçan olmaya bilər”.

Bir və ya bir neçə müəllimin zəif nəticə göstərməsi ümumilikdə məktəbin göstəricilərinə təsir edə bilər

“İndi təsəvvür edək ki, bir məktəbin göstəricisi analiz olunur və bir-iki müəllimə görə məktəbin ümumi göstəricisi aşağı düşür. Bu halda həmin müəllimlərin nəticələri necə qiymətləndiriləcək? Halbuki hər bir müəllim öz fənni üzrə bir neçə şagird hazırlayaraq onların yüksək nəticə göstərməsinə nail ola bilər.

Ona görə də düşünürəm ki, bu yanaşma Azərbaycan reallığı üçün bir qədər uyğun görünmür. Mən ümumilikdə müəllimlərin maaşının yalnız şagird göstəricilərinə əsasən müəyyənləşdirilməsi ilə bağlı belə bir praktikaya rast gəlməmişəm. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, təhsildə müəllimin fəaliyyətinin yalnız şagird nəticələri ilə ölçülmədiyini görərik”,- ekspert vurğulayıb.

“Azərbaycanda da müəllimlər üçün həvəsləndirmə müxanizmləri var”

M.Məmmədli qeyd edir ki, fəal müəllimlərə müxtəlif formada təşviqlər verilir:

“Əməkdar müəllim” adı alan şəxslərə yalnız bu ada görə hər ay 120 manat əlavə ödəniş edilir. Bundan başqa, “Tərəqqi” medalı alanlar və “İlin müəllimi” seçilənlər var. Yəni bizdə də müəllimləri həvəsləndirmək üçün müəyyən mexanizmlər mövcuddur.
 

Ancaq bizim həmin ölkələrdən fərqimiz odur ki, şagirdlərin nəticələrinə görə ayrıca sistemimiz yoxdur. Nə vaxt ki, bizdə də belə sistemlər yaradılacaq, hər şagirdə fərdi yanaşma tətbiq olunacaq və onun şəxsi inkişafı qiymətləndiriləcək, həmin şagirdin yetişdirilməsində rolu olan müəllimə də ayrıca mükafat və ya müəyyən kateqoriyada əlavə ödəniş verilməsi mümkün olacaq”.


Xatırladaq ki, hazırda dövlət ümumi təhsil müəssisələrində müəllimlər üçün əməkhaqqı əsasən dərs yükü, pedaqoji staj, təhsil səviyyəsi, sertifikatlaşdırma nəticəsi və digər meyarlar nəzərə alınmaqla hesablanır. Son açıqlanan rəqəmlərə görə, müəllimlərin 12 faizi ayda 500 manatdan az, 39 faizi 500-1000 manat, 36 faizi 1000-1500 manat, 12 faizi 1500-2000 manat, 1 faizi isə 2000 manat və daha çox əməkhaqqı alır. Ən yüksək maaş alan müəllimlərin həftəlik orta dərs yükü 34 saat, ən aşağı maaş alanların isə 8 saatdır.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb

Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb

Bakının mərkəzində yeni təhlükə – Sakinlər təxliyə oluna bilər

Bakının mərkəzində yeni təhlükə – Sakinlər təxliyə oluna bilər

Atletimiz ölkə rekordunu YENİLƏDİ

Atletimiz ölkə rekordunu YENİLƏDİ

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Buzovnada daha bir nəfər dənizdə batdı

Buzovnada daha bir nəfər dənizdə batdı

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

DYP-dən qeyri-sabit hava şəraiti ilə bağlı MÜRACİƏT

DYP-dən qeyri-sabit hava şəraiti ilə bağlı MÜRACİƏT

DİQQƏT! Beş rayonda işıq olmayacaq

DİQQƏT! Beş rayonda işıq olmayacaq

Zərəri vitaminindən çoxdur – Soyuq sıxım günəbaxan yağlarındakı GİZLİ TƏHLÜKƏ

Zərəri vitaminindən çoxdur – Soyuq sıxım günəbaxan yağlarındakı GİZLİ TƏHLÜKƏ

Günün hava PROQNOZU: Yağış, leysan, 36 dərəcə isti...

Günün hava PROQNOZU: Yağış, leysan, 36 dərəcə isti...

Saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Müəllimlərin maaşı ilə bağlı YENİ TƏKLİF – Şagirdlərin nəticəsinə görə hesablanacaq?

Müəllimlərin maaşı ilə bağlı YENİ TƏKLİF – Şagirdlərin nəticəsinə görə hesablanacaq?

BİZİM TƏQVİM:11 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:11 avqustda baş vermiş tarixi hadisələr

Eyal Zamir: İntensiv döyüş əməliyyatlarına qayıtmağa hazırıq

Eyal Zamir: İntensiv döyüş əməliyyatlarına qayıtmağa hazırıq

Lautaro Martines "Barselona"nın alternativ transfer hədəfində

Lautaro Martines "Barselona"nın alternativ transfer hədəfində

Deniz Seki xəstəxanaya yerləşdirildi

Deniz Seki xəstəxanaya yerləşdirildi

Vaşinqton sammiti Cənubi Qafqazda real arxitektura formalaşdırır

Vaşinqton sammiti Cənubi Qafqazda real arxitektura formalaşdırır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi dəyəri yenidən ön plana çıxıb

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi dəyəri yenidən ön plana çıxıb

İran raketləri HHM sistemləri ilə qarşılaşarkən trayektoriyasını dəyişə bilir - VİDEO

İran raketləri HHM sistemləri ilə qarşılaşarkən trayektoriyasını dəyişə bilir - VİDEO

İsveçdə Rusiya casus şəbəkəsi İFŞA olundu

İsveçdə Rusiya casus şəbəkəsi İFŞA olundu

Etna vulkanı püskürdü — Kataniya hava limanında uçuşlar məhdudlaşdırıldı - VİDEO

Etna vulkanı püskürdü — Kataniya hava limanında uçuşlar məhdudlaşdırıldı - VİDEO

Cənubi Koreyada xilas edilmiş bayquş balaları belə bəslənilir - VİDEO

Cənubi Koreyada xilas edilmiş bayquş balaları belə bəslənilir - VİDEO

Bu festivalı rekord sayda insan ziyarət edib - FOTO

Bu festivalı rekord sayda insan ziyarət edib - FOTO

Brilliant Dadaşova oğlunun ad gününü bağında qeyd etdi - VİDEO

Brilliant Dadaşova oğlunun ad gününü bağında qeyd etdi - VİDEO

End of content

No more pages to load

RADİO