Mediaya ən qapalı deputatlar –SİYAHI

Yeddinci çağırış Milli Məclisinin tərkibi əvvəlki çağırışlarla müqayisədə bir sıra fərqli xüsusiyyətləri ilə seçilir. Xüsusilə son illərdə ictimai-siyasi proseslərin dinamikası, informasiya mühitinin sürətli inkişafı və rəqəmsal medianın təsir imkanlarının genişlənməsi deputatların fəaliyyət formatına da təsir göstərib.

Bu gün parlament üzvlərinin əhəmiyyətli hissəsi sosial şəbəkələrdə fəaldır, ölkə daxilində və beynəlxalq mediada baş verən hadisələrə operativ münasibət bildirir, qanunvericilik təşəbbüsləri və ictimai əhəmiyyətli məsələlərlə bağlı mövqelərini müntəzəm şəkildə bölüşürlər. Bu tendensiya Milli Məclisin cəmiyyətlə kommunikasiya imkanlarını genişləndirən müsbət faktor kimi qiymətləndirilə bilər.

Lakin ümumi mənzərə fonunda diqqət çəkən başqa bir reallıq da mövcuddur. Parlamentdə elə deputatlar var ki, onların media ilə əlaqələri demək olar ki, minimum səviyyədədir. Jurnalistlərin müraciətlərinə cavab verməmələri, müsahibələrdən yayınmaları və ictimai müzakirələrdə görünməmələri müəyyən suallar doğurur. Axı deputatın tək işi qanunvericilik fəaliyyəti ilə deyil, o həm də ictimai hesabatlılıq, şəffaflıq və seçicilərlə kommunikasiyanın təmin olunması baxımından məsuliyyət daşıyır.

Burada vacib bir sual meydana çıxır, əgər millət vəkili media nümayəndələri üçün əlçatan deyilsə, o, seçiciləri üçün nə dərəcədə açıq ola bilər?

Sual da göstərir ki, deputatların mediada aktivliyi ancaq jurnalistləri maraqlandıran məsələ deyil. Media cəmiyyətlə dövlət arasında informasiya körpüsüdür və deputatın mediadan uzaq qalması faktiki olaraq ictimaiyyətlə dialoqun zəifləməsi anlamına gəlir. Demokratik idarəetmə modelində isə ictimai kommunikasiyanın davamlılığı və hesabatlılıq prinsipi əsas meyarlardan biri hesab olunur.

Bizim.Media xəbər verir ki, Modern.az-ın apardığı monitorinq zamanı deputatların mediadakı çıxışların intensivliyi, jurnalistlərin sorğularına münasibət və ictimai informasiya mühitində görünürlük meyarları əsasında media ilə ən passiv əlaqə saxlayan deputatların siyahısını müəyyənləşdirilib.

Bu siyahı onların parlament fəaliyyətini deyil, məhz ictimai kommunikasiya səviyyəsini əks etdirir. Müşahidələr göstərir ki, həmin deputatlar ya mediada ümumiyyətlə görünmür, ya da çox nadir hallarda ictimai mövzularda mövqe bildirirlər.

Monitorinq nəticəsində media ilə ən qapalı deputatlar kimi aşağıdakı millət vəkillərinin adları müəyyənləşib.

Bədəl Bədəlov, Heydər Əsədov, Xanlar Fətiyev, Sabir Hacıyev, Mircəlil Qasımlı, Eyvaz Qurbanov, Səttar Mehbalıyev, Anar Məmmədov, Məşhur Məmmədov, Kəmaləddin Qafarov bu siyahıya başçılıq edirlər.

Əlbəttə, deputatın fəaliyyəti yalnız mediadakı görünürlüğü ilə ölçülmür. Bununla belə, informasiya əsrində ictimaiyyət qarşısında hesabatlılıq və açıq kommunikasiya siyasi institutların etibarlılığına birbaşa təsir edən amillərdəndir. Millət vəkili statusu bütün deputatlar üçün eynidir və bu status cəmiyyət qarşısında bərabər məsuliyyət yaradır.

Bu baxımdan, hansısa deputatın media ilə ünsiyyətdən sistemli şəkildə yayınması sual doğurmaya bilməz.

Qeyd edək ki, bu yazının məqsədi kimisə hədəfə çevirmək deyil. Əksinə, məqsəd parlament-media münasibətlərində mövcud olan boşluğa diqqət çəkmək və ictimai müzakirəyə töhfə verməkdir. Çünki jurnalistin sualına cavab vermək ən əsası seçiciyə hörmətin, şəffaflığın və demokratik siyasi mədəniyyətin göstəricisidir.

Ümid edirik ki, bu yazıdan sonra adı qeyd olunan deputatlar media ilə münasibətlərinə yenidən baxacaq, jurnalistlərin sorğularına daha açıq yanaşacaq və ictimai dialoqda daha fəal iştirak edəcəklər.

Dünya dəyişib, informasiya mühiti əvvəlki kimi deyil. Müasir dövrdə medianı və ictimai rəyi nəzərə almamaq nə siyasi baxımdan, nə də ictimai etimad prizmasından uğurlu yanaşma hesab oluna bilər. Ölkənin gündəmi, vətəndaşların problemləri və seçicilərin müraciətləri bütün deputatlar üçün prioritet olmalı, bu məsələlərin ictimaiyyətə çatdırılmasında media ilə konstruktiv əməkdaşlıq əsas fəaliyyət istiqamətlərindən birinə çevrilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həftəsonunadək gözlənilən HAVA PROQNOZU

Həftəsonunadək gözlənilən HAVA PROQNOZU

Kamilə Babayevanın anasının meyiti tapılıb

Kamilə Babayevanın anasının meyiti tapılıb

Kirayədə yaşayanlara BƏD XƏBƏR – Yaxın aylarda...

Kirayədə yaşayanlara BƏD XƏBƏR – Yaxın aylarda...

Kolleclərə qeydiyyat BAŞLADI

Kolleclərə qeydiyyat BAŞLADI

Beynəlxalq olimpiadalardan Tsinghua Universitetinə: Azərbaycanlı gəncin dünya səviyyəli uğur yolu

Beynəlxalq olimpiadalardan Tsinghua Universitetinə: Azərbaycanlı gəncin dünya səviyyəli uğur yolu

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib

Ərdoğan Yaponiya Baş naziri ilə nəyi müzakirə edib?

Ərdoğan Yaponiya Baş naziri ilə nəyi müzakirə edib?

Yevgeni Xmara Ukraynanın müdafiə naziri TƏYİN EDİLDİ

Yevgeni Xmara Ukraynanın müdafiə naziri TƏYİN EDİLDİ

Bu şəxslərin maaşı ilə bağlı QƏRAR

Bu şəxslərin maaşı ilə bağlı QƏRAR

Zelenski evində axtarış aparılan İrina Mudranı vəzifəsindən AZAD ETDİ

Zelenski evində axtarış aparılan İrina Mudranı vəzifəsindən AZAD ETDİ

Mədəniyyət Nazirliyinin Aparatına rəhbər təyin edilən Hikmət Mustafayev kimdir? – DOSYE

Mədəniyyət Nazirliyinin Aparatına rəhbər təyin edilən Hikmət Mustafayev kimdir? – DOSYE

Azərbaycanda 2 universitet tələbələrinə güzəşt edəcək

Azərbaycanda 2 universitet tələbələrinə güzəşt edəcək

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri TƏYİN EDİLDİ

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri TƏYİN EDİLDİ

Bakıda gözlənilən məsələ:ekspress avtobuslar pulsuz olacaq?

Bakıda gözlənilən məsələ:ekspress avtobuslar pulsuz olacaq?

Ərəbistandakı vətəndaşlarını dilənçilik etməməyə çağırdı

Ərəbistandakı vətəndaşlarını dilənçilik etməməyə çağırdı

Hava kəskin dəyişir: Leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Hava kəskin dəyişir: Leysan olacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Qapını təkrar yoxlamaq vərdişi nəyin əlamətidir?

Qapını təkrar yoxlamaq vərdişi nəyin əlamətidir?

BƏƏ İrana maliyyə dəstəyi ilə bağlı xəbərləri təkzib etdi

BƏƏ İrana maliyyə dəstəyi ilə bağlı xəbərləri təkzib etdi

Rusiya və Ukrayna arasında “103-ün 103-ə” prinsipi üzrə əsir mübadiləsi oldu - FOTO

Rusiya və Ukrayna arasında “103-ün 103-ə” prinsipi üzrə əsir mübadiləsi oldu - FOTO

Azərbaycan alma ixracından gəlirini ARTIRIB

Azərbaycan alma ixracından gəlirini ARTIRIB

9 gün qaldı: Azərbaycanda 32 dəqiqəlik hadisə – Nələr baş verir?

9 gün qaldı: Azərbaycanda 32 dəqiqəlik hadisə – Nələr baş verir?

Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat tapıldı

Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat tapıldı

ABŞ-da hüquq doktoru adı almış ilk azərbaycanlı...

ABŞ-da hüquq doktoru adı almış ilk azərbaycanlı...

Payızda qiymət artımı gözləntisi

Payızda qiymət artımı gözləntisi

End of content

No more pages to load

RADİO