Bu ildən etibarən I qrupda bəzi ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılacaq.
Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
Sədr həmin ixtisasların siyahısını təqdim edib:
"Onlara Kompüter mühəndisliyi (Rİ) İnformasiya texnologiyaları, Qida mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi (RK), Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi (RK), Mexanika mühəndisliyi, Radiotexnika və telekommunikasiya mühəndisliyidir".
Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media