Bağında qazıntı apararkən sərvət tapdı - kilolarla qızıl...

Fransada evinin həyətində üzgüçülük hovuzu tikdirmək üçün qazıntı işlərinə başlayan şəxs gözlənilməz şəkildə böyük sərvətlə qarşılaşıb. Torpağın altından 5 qızıl külçə və yüzlərlə qızıl sikkə tapılıb. Təxminən 800 min dollar dəyərində olduğu bildirilən tapıntının hüquqi araşdırmalardan sonra tamailə ev sahibinə məxsus olduğu təsdiqlənib.

Bizim.Media xəbər verir ki, Fransanın Lion şəhəri yaxınlığındakı Nevill-sür-Saon qəsəbəsində yaşayan ev sahibi əmlakı təxminən bir il əvvəl satın alıb.

Qazıntı zamanı aşkar etdiyi qızıllar barədə dərhal aidiyyəti qurumlara məlumat verib.

Bundan sonra Fransa Mədəniyyət Nazirliyinin Regional Arxeologiya İdarəsi (DRAC) və hüquq-mühafizə orqanları araşdırma aparıblar. Mütəxəssislər müəyyən ediblər ki, plastik torbalarda saxlanılan qızılların təxminən 15–20 il əvvəl torpağa basdırıldığı ehtimal edilir. Bu səbəbdən tapıntı tarixi abidə kimi qiymətləndirilməyib və dövlət mülkiyyətinə keçirilməsi üçün hüquqi əsas yaranmayıb.
 

Araşdırma zamanı qızıl külçələrinin üzərindəki seriya nömrələri yoxlanılıb. Məlum olub ki, onlar Lion bölgəsində fəaliyyət göstərən lisenziyalı emal müəssisəsində hazırlanıb və heç bir oğurluq, dələduzluq və ya digər cinayət hadisəsi ilə əlaqəli deyil.


İstintaq həmçinin müəyyən edib ki, qızıllar torpaq sahəsinin əvvəlki, artıq vəfat etmiş sahibi tərəfindən gizlədilib. Onlarla bağlı hər hansı vəsiyyət, rəsmi qeydiyyat sənədi və ya hüquq iddia edən varis də aşkar edilməyib.

Fransanın Mülki Məcəlləsinə əsasən, şəxsi mülkiyyətdə təsadüfən aşkar olunan, sahibi müəyyən edilməyən və ya hüquqi iddiaçısı olmayan dəfinələr onları tapan şəxsə məxsus sayılır.

Bütün hüquqi prosedurlar tamamlandıqdan sonra istintaq işi bağlanıb və tapılan qızıllar adı açıqlanmayan ev sahibinə təhvil verilib. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

I ixtisas qrupunda keçid balları AÇIQLANDI

I ixtisas qrupunda keçid balları AÇIQLANDI

Seutaya miqrant axınında 27 nəfər öldü – VİDEO

Seutaya miqrant axınında 27 nəfər öldü – VİDEO

"Həyatınızı riskə atmayın, bu iynələrdən uzaq olun"

"Həyatınızı riskə atmayın, bu iynələrdən uzaq olun"

Bakı Qızlar Universiteti BAĞLANDI - Köçürüləcək tələbələr daha çox təhsil haqqı ödəyəcək?

Bakı Qızlar Universiteti BAĞLANDI - Köçürüləcək tələbələr daha çox təhsil haqqı ödəyəcək?

Yanğınlara qarşı keçi və qoyunları səfərbər etdilər

Yanğınlara qarşı keçi və qoyunları səfərbər etdilər

Əri süpürgəçi qadını 8 Martda ona verilən güllərə görə öldürübmüş...

Əri süpürgəçi qadını 8 Martda ona verilən güllərə görə öldürübmüş...

Bakıda təkər tullantıları yığılmış ərazidə yanğın söndürüldü – VİDEO

Bakıda təkər tullantıları yığılmış ərazidə yanğın söndürüldü – VİDEO

Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu

Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu

Monastırda sensasion kəşf

Monastırda sensasion kəşf

"Arzum"u həbsdən qurtaracaq şok DETALLAR - VİDEO

"Arzum"u həbsdən qurtaracaq şok DETALLAR - VİDEO

Bağında qazıntı apararkən sərvət tapdı - kilolarla qızıl...

Bağında qazıntı apararkən sərvət tapdı - kilolarla qızıl...

Şəhidin övladı vəfat etdi

Şəhidin övladı vəfat etdi

Xalq artisti yeriyə bilmir, əməliyyat olunacaq – Özündən AÇIQLAMA

Xalq artisti yeriyə bilmir, əməliyyat olunacaq – Özündən AÇIQLAMA

Ağdam–Xankəndi dəmir yolu xəttində son vəziyyət –VİDEO

Ağdam–Xankəndi dəmir yolu xəttində son vəziyyət –VİDEO

"Buna görə Nəsibə Zeynalova 1 il mənimlə danışmadı"

"Buna görə Nəsibə Zeynalova 1 il mənimlə danışmadı"

Bakıda qızın qopmuş qolu yerinə bərpa olundu- Foto

Bakıda qızın qopmuş qolu yerinə bərpa olundu- Foto

Meloni İspaniyanı HƏDƏLƏDİ: “Şengen rejimini dayandırmağa hazırıq”

Meloni İspaniyanı HƏDƏLƏDİ: “Şengen rejimini dayandırmağa hazırıq”

Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə gündəmə gələn "Vital Hospital"ın fəaliyyəti DAYANDIRILDI

Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə gündəmə gələn "Vital Hospital"ın fəaliyyəti DAYANDIRILDI

Binəqədidə təkər tullantıları olan ərazi alovlandı - VİDEO

Binəqədidə təkər tullantıları olan ərazi alovlandı - VİDEO

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana GƏLİR

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana GƏLİR

Azərbaycanda həyat yoldaşının soyadını qəbul edən KİŞİLƏR

Azərbaycanda həyat yoldaşının soyadını qəbul edən KİŞİLƏR

Sadır Japarov vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb

Sadır Japarov vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb

“Bu dərmanlar narkotikdən də betərdir” - XƏBƏRDARLIQ - VİDEO

“Bu dərmanlar narkotikdən də betərdir” - XƏBƏRDARLIQ - VİDEO

Bu universitetdə elektron diplomların verilməsinə başlanıldı - FOTO

Bu universitetdə elektron diplomların verilməsinə başlanıldı - FOTO

End of content

No more pages to load

RADİO