Un məmulatları bahalaşa bilər — Açıqlama

Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahının məlumatına əsasən, Azərbaycanda indiyədək ölkə üzrə payızlıq taxıl sahələrinin 86%-də biçin başa çatıb.Mövsüm ərzində 827 625 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 877 903 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,8 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 sent/ha çoxdur.

Taxıl məhsuldarlığındakı artım un və un məmulatlarının qiymətlərinə təsir göstərə bilərmi?

Bizim.Media
xəbər verir ki, bu barədə “demokrat.az”a açıqlama verən iqtisadçı Xalid Kərimli məhsuldarlığın artmasının, ilk növbədə, istehsalın maya dəyərinin aşağı düşməsi olduğunu söyləyib.

Onun sözlərinə görə, əgər məhsuldarlıq 5% artıbsa, bu, ən azı xərclərin də 5% azalması anlamına gəlir:
 

“Hətta bəzi hallarda məhsuldarlığın artımı xərclərə daha böyük təsir göstərir. Çünki istehsalda müəyyən sabit xərclər mövcuddur və məhsul həcmi artdıqca həmin xərclər daha çox məhsulun üzərinə bölünür. Nəticədə maya dəyəri azalır. Lakin bu, qiymətlərin mütləq ucuzlaşacağı anlamına gəlmir. Hazırkı şəraitdə maya dəyərinin azalması daha çox fermer və istehsalçıların mənfəət marjasını artıracaq.


Digər mühüm məqam ondan ibarətdir ki, Azərbaycan ərzaqlıq buğda ilə özünü tam təmin etmir. Ölkənin ərzaqlıq buğdaya olan tələbatının təxminən 25%-i yerli istehsal hesabına ödənilir, qalan 75%-i isə idxal olunur.

Məhsuldarlıq statistikalarında yalnız ərzaqlıq buğda deyil, həmçinin arpa və yemlik məqsədlər üçün istifadə olunan aşağı sortlu buğdalar da nəzərə alınır.
 

Buna görə də ümumi taxıl istehsalının artması ərzaqlıq buğda bazarında ciddi dəyişiklik yaratmır.


Buğdanın qiyməti əsasən dünya bazarında formalaşır. Neft və qızıl kimi, buğda da beynəlxalq bazarın qiymətlərindən asılıdır. Azərbaycan bazarı da bu qiymətlərə həssasdır, çünki daxili tələbatın böyük hissəsi idxal hesabına ödənilir. Əgər idxal olunan Rusiya və ya Qazaxıstan buğdasının qiyməti müəyyən səviyyədədirsə, yerli buğdanın qiyməti də ondan ciddi şəkildə aşağı formalaşmır”.

İqtisadçı həmçinin qiymətlərin müəyyənləşməsində yalnız dünya bazarı deyil, logistika xərcləri, daşıma, valyuta məzənnəsi və digər amillər də mühüm rol oynadığını əlavə edib:

“Son dövrlər nəqliyyat və logistika xərclərinin artması bütün məhsulların maya dəyərinə təsir edir. Buna görə də məhsuldarlığın yüksəlməsi fonunda belə qiymətlərin enəcəyini gözləmək doğru olmaz. Bundan əlavə, un və çörək məhsullarının maya dəyəri yalnız buğdadan ibarət deyil. İstehsal prosesində emal, qablaşdırma, daşınma, əməkhaqqı, kommunal və enerji xərcləri də mühüm paya malikdir. Təxmini hesablamaya görə, buğdanın payı ümumi maya dəyərinin təxminən yarısını təşkil edir.
 

Buğdanın qiymətində 5%-lik ucuzlaşma baş versə belə, son məhsulun ümumi maya dəyərinə təsiri cəmi 1–2% səviyyəsində ola bilər. Digər tərəfdən isə əməkhaqqı, logistika və digər xidmət xərcləri inflyasiya səbəbindən artmaqda davam edir və bu artım buğdadakı ucuzlaşmanın təsirini kompensasiya edir.


Məhsuldarlığın artması istehsal xərclərinin azalmasına müsbət təsir göstərsə də, hazırkı şəraitdə bunun əsas faydası fermer və istehsalçıların gəlirlərinin artması olacaq. Azərbaycanda inflyasiya mühiti, qeyri-material xərclərinin yüksəlməsi və ərzaqlıq buğdanın böyük hissəsinin Rusiya, Qazaxıstan və digər ölkələrdən idxal olunması səbəbindən yerli məhsuldarlığın artımı un və çörək məhsullarının qiymətlərinə həlledici təsir göstərməyəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

Kiyevdə dron hücumu zamanı ölən azərbaycanlı Kürdəmirdə torpağa tapşırıldı – FOTO

Kiyevdə dron hücumu zamanı ölən azərbaycanlı Kürdəmirdə torpağa tapşırıldı – FOTO

“Şirvangöl” şadlıq sarayında saxta araq aşkarlandı – FOTO

“Şirvangöl” şadlıq sarayında saxta araq aşkarlandı – FOTO

70 “ç” ilə işdən çıxarılan direktor narazıdır - Açıqlama

70 “ç” ilə işdən çıxarılan direktor narazıdır - Açıqlama

Süni intellekt ən faydalı balığı açıqladı

Süni intellekt ən faydalı balığı açıqladı

Azərbaycan - Litva oyununun hakimləri açıqlandı

Azərbaycan - Litva oyununun hakimləri açıqlandı

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? – Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? – Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi

Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi

Məşhur YAP-çılar İdarə Heyətindən çıxarılır

Məşhur YAP-çılar İdarə Heyətindən çıxarılır

Qaxda əməliyyat: Narkotacirlərin telefon danışıqları yayıldı – VİDEO

Qaxda əməliyyat: Narkotacirlərin telefon danışıqları yayıldı – VİDEO

Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz

Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

"Poz-Qazan" oyunlarında sentyabrda 22 böyük uduş qazanılıb

Məktəbin qarşısında uşaqlara zəhərli konfet PAYLANILIR? – DİN-dən AÇIQLAMA - VİDEO

Məktəbin qarşısında uşaqlara zəhərli konfet PAYLANILIR? – DİN-dən AÇIQLAMA - VİDEO

Bu şəxslər işləmədən maaş alacaq

Bu şəxslər işləmədən maaş alacaq

Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi SAXLANILIB

Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi SAXLANILIB

Mərkəzi Bankın valyuta ehtiyatları ARTIB

Mərkəzi Bankın valyuta ehtiyatları ARTIB

Üç BÜRC üçün yeni güclü dövr başladı

Üç BÜRC üçün yeni güclü dövr başladı

Xaçmazda işıq KƏSİLDİ – SƏBƏB

Xaçmazda işıq KƏSİLDİ – SƏBƏB

DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub

DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub

Prezidentdən əməkhaqqı və pensiyalarla bağlı ŞAD XƏBƏR: “Göstəriş verildi” - VİDEO

Prezidentdən əməkhaqqı və pensiyalarla bağlı ŞAD XƏBƏR: “Göstəriş verildi” - VİDEO

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb”

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb”

Azad edilmiş ərazilərə köçürülən və işlə təmin olunanların SAYI AÇIQLANDI – RƏSMİ

Azad edilmiş ərazilərə köçürülən və işlə təmin olunanların SAYI AÇIQLANDI – RƏSMİ

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış – BİRGƏ ƏMƏLİYYAT

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış – BİRGƏ ƏMƏLİYYAT

End of content

No more pages to load

RADİO