Qusarda Respublika Şahmat Olimpiadası keçiriləcək – Qaliblər Avropa çempionatına gedəcək - FOTO

Qusar rayonunda digər idman növləri ilə yanaşı, intellektual idman növü olan şahmatın da gənclər və yeniyetmələr arasında kütləviləşdirilməsi, istedadlı gənclərin aşkarlanaraq peşəkar şəkildə yetişdirilməsi istiqamətində məqsədyönlü işlər aparılır. Cari ilin may ayında “İSFA” şirkətinin maliyyə dəstəyi ilə rayonda “İSFA Sporting” şahmat məktəbinin açılışı olub. Məktəbdə müasir tədris proqramları əsasında dərslər təşkil olunur, təcrübəli məşqçilər tərəfindən yeniyetmələrin nəzəri və praktiki hazırlığı həyata keçirilir. “İSFA Sporting” şahmat məktəbinin fəaliyyəti rayonda şahmata marağın artmasına və yeni nəslin intellektual inkişafına mühüm töhfə verir.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu istiqamətdə növbəti genişmiqyaslı tədbir avqust ayında baş tutacaq.

Belə ki, 3-11 avqust tarixlərində Qusar Olimpiya İdman Kompleksində Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadası keçiriləcək.

Olimpiadada ölkənin müxtəlif şəhər və rayonlarından çoxsaylı komandaların iştirakı gözlənilir.

Yarışlar A və B qrupları üzrə 11 turdan ibarət olacaq. A qrupunda 2010-2015-ci il təvəllüdlü (11-16 yaşlı) şahmatçılar, B qrupunda isə 2016-cı il təvəllüdlü və daha kiçik (10 yaş və daha kiçik yaşlı) şahmatçılar mübarizə aparacaqlar.
 

Yarışın nəticələrinə əsasən şəxsi hesabda I, II, III yerləri tutmuş şahmatçılar və komanda hesabında I, II, III yerləri tutmuş komandalar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin diplom və medalları ilə təltif olunacaqlar. Bundan əlavə, A və B qrupları üzrə qalib komandalar Azərbaycan Şahmat Federasiyası tərəfindən kubokla mükafatlandırılacaqlar. Eyni zamanda, olimpiadanın ümumi qalibi olan 1 oğlan və 1 qız şahmatçı Avropa çempionatında iştirak etmək hüququ qazanacaq. Qaliblər, həmçinin Federasiya tərəfindən müvafiq pul mükafatları ilə də təltif ediləcəklər.


Yarışın yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə Qusar Rayon İcra Hakimiyyəti yanında xüsusi qərargah yaradılıb.

İyulun 21-də Qusar Rayon İcra Hakimiyyətində qərargah üzvləri ilə görüş keçirilib. Görüşdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov, yarışların baş hakimi Azər İbrahimov iştirak ediblər.

Görüşdə olimpiadaya hazırlıq işlərinin gedişatı, yarış zallarının texniki təchizatı, təhlükəsizliyin təşkili, media ilə iş və açılış-bağlanış mərasimlərinin proqramı geniş müzakirə olunub.

Vurğulanıb ki, bütün təşkilati məsələlər vaxtında və keyfiyyətlə həll edilməli, qonaqlar üçün lazımi şərait yaradılmalıdır. Rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov bildirib ki, belə mötəbər yarışın Qusarda keçirilməsi rayonun idman infrastrukturunun imkanlarını nümayiş etdirəcək, bölgələrarası əlaqələrin möhkəmlənməsinə və yeniyetmələr arasında sağlam rəqabət mühitinin formalaşmasına xidmət edəcək.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

Nərimanovda mənzil seçənlər üçün yeni satış imkanı: güzəştli kredit 8%-dən başlayır

Nərimanovda mənzil seçənlər üçün yeni satış imkanı: güzəştli kredit 8%-dən başlayır

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə TƏSDİQLƏNDİ

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə TƏSDİQLƏNDİ

Binəqədi sakinlərinə ŞAD XƏBƏR – FOTO

Binəqədi sakinlərinə ŞAD XƏBƏR – FOTO

Hacıbala Abutalıbov illər sonra görüntüləndi – VİDEO

Hacıbala Abutalıbov illər sonra görüntüləndi – VİDEO

İşsiz qalanlara MADDİ DƏSTƏK... – Kimlər və nə qədər pul ala bilər?

İşsiz qalanlara MADDİ DƏSTƏK... – Kimlər və nə qədər pul ala bilər?

“Eşref” geri qayıdır - Amma təkdir

“Eşref” geri qayıdır - Amma təkdir

Soyuq Naxçıvan zalından suveren Azərbaycana – Dəyişməyən siyasi xəttin 34 illik yolu

Soyuq Naxçıvan zalından suveren Azərbaycana – Dəyişməyən siyasi xəttin 34 illik yolu

Sumqayıtda zəhərlənən şagirdlər EVƏ BURAXILDI

Sumqayıtda zəhərlənən şagirdlər EVƏ BURAXILDI

Nazir kombaynla pambıq yığdı – VİDEO

Nazir kombaynla pambıq yığdı – VİDEO

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

Kiyevdə dron hücumu zamanı ölən azərbaycanlı Kürdəmirdə torpağa tapşırıldı – FOTO

Kiyevdə dron hücumu zamanı ölən azərbaycanlı Kürdəmirdə torpağa tapşırıldı – FOTO

“Şirvangöl” şadlıq sarayında saxta araq aşkarlandı – FOTO

“Şirvangöl” şadlıq sarayında saxta araq aşkarlandı – FOTO

70 “ç” ilə işdən çıxarılan direktor narazıdır - Açıqlama

70 “ç” ilə işdən çıxarılan direktor narazıdır - Açıqlama

Süni intellekt ən faydalı balığı açıqladı

Süni intellekt ən faydalı balığı açıqladı

Azərbaycan - Litva oyununun hakimləri açıqlandı

Azərbaycan - Litva oyununun hakimləri açıqlandı

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? – Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? – Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi

Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi

Məşhur YAP-çılar İdarə Heyətindən çıxarılır

Məşhur YAP-çılar İdarə Heyətindən çıxarılır

Qaxda əməliyyat: Narkotacirlərin telefon danışıqları yayıldı – VİDEO

Qaxda əməliyyat: Narkotacirlərin telefon danışıqları yayıldı – VİDEO

Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz

Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz

End of content

No more pages to load

RADİO