Bakıda universitetlərdən birinin fəaliyyəti DAYANDIRILIR?

Akkreditasiya Şurasının növbəti iclası keçirilib. İclasda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin "2024-cü və 2025-ci təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki"nə uyğun olaraq, 7 ali təhsil müəssisəsində aparılmış institusional akkreditasiya və 16 ali təhsil müəssisəsində "İbtidai sinif müəllimliyi" və "Məktəbəqədər təhsil" ixtisasları üzrə proqram akkreditasiyasının nəticələri müzakirə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
 

Bildirilib ki, qəbul edilmiş qərarlara əsasən, Naxçıvan Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Aqrar Universiteti və Mingəçevir Dövlət Universiteti növbəti 5 il, Sumqayıt Dövlət Universiteti və Gəncə Dövlət Universiteti isə növbəti 3 il müddətinə institusional akkreditasiya olunmuş hesab edilib.


Bakı Qızlar Universiteti üzrə institusional akkreditasiya qiymətləndirilməsinin yekun nəticəsi "uyğun deyil" olaraq qiymətləndirilib və Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"na uyğun müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul olunub.

Proqram akkreditasiyası üzrə "İbtidai sinif müəllimliyi" ixtisasında 6 proqram 5 il, 3 proqram 3 il müddətinə akkreditasiya olunub, 4 proqram üzrə isə çatışmazlıqların aradan qaldırılması məqsədilə 2 ildən sonra təkrar akkreditasiya aparılması qərara alınıb.

Bakı Qızlar Universitetinin həmin proqramı akkreditasiya olunmuş hesab edilməyib.

"Məktəbəqədər təhsil" ixtisası üzrə isə 10 proqram 5 il müddətinə akkreditasiya olunub, 3 proqram üzrə 2 ildən sonra təkrar akkreditasiya keçirilməsi qərara alınıb. Bakı Qızlar Universitetinin bu proqramı da "uyğun deyil" nəticəsi ilə akkreditasiya olunmuş hesab edilməyib.
 

Qeyd edək ki, Akkreditasiya Şurasının qərarlarından sonra akkreditasiya olunmuş ali təhsil müəssisələri və təhsil proqramları üzrə müəyyən edilmiş tövsiyə və göstərişlərin icrasını təmin etmək məqsədilə fəaliyyət planları hazırlanacaq və Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə razılaşdırılacaq.


Akkreditasiya prosesi ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin artırılmasına, dövlət təhsil standartlarına uyğunluğun təmin edilməsinə və ali təhsil sistemində davamlı inkişafın dəstəklənməsinə xidmət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Zibil poliqonuna çevrilmiş Novxanı kanalı - Antisanitar vəziyyət nə vaxt həllini tapacaq? – VİDEO

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

Prezidentdən Misir Mərdanovla bağlı SƏRƏNCAM

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

YAP sədrinin səlahiyyət müddəti ilə bağlı 5 illik məhdudiyyət aradan qaldırılır

Nərimanovda mənzil seçənlər üçün yeni satış imkanı: güzəştli kredit 8%-dən başlayır

Nərimanovda mənzil seçənlər üçün yeni satış imkanı: güzəştli kredit 8%-dən başlayır

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə TƏSDİQLƏNDİ

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə TƏSDİQLƏNDİ

Binəqədi sakinlərinə ŞAD XƏBƏR – FOTO

Binəqədi sakinlərinə ŞAD XƏBƏR – FOTO

Hacıbala Abutalıbov illər sonra görüntüləndi – VİDEO

Hacıbala Abutalıbov illər sonra görüntüləndi – VİDEO

İşsiz qalanlara MADDİ DƏSTƏK... – Kimlər və nə qədər pul ala bilər?

İşsiz qalanlara MADDİ DƏSTƏK... – Kimlər və nə qədər pul ala bilər?

“Eşref” geri qayıdır - Amma təkdir

“Eşref” geri qayıdır - Amma təkdir

Soyuq Naxçıvan zalından suveren Azərbaycana – Dəyişməyən siyasi xəttin 34 illik yolu

Soyuq Naxçıvan zalından suveren Azərbaycana – Dəyişməyən siyasi xəttin 34 illik yolu

Sumqayıtda zəhərlənən şagirdlər EVƏ BURAXILDI

Sumqayıtda zəhərlənən şagirdlər EVƏ BURAXILDI

Nazir kombaynla pambıq yığdı – VİDEO

Nazir kombaynla pambıq yığdı – VİDEO

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

Kiyevdə dron hücumu zamanı ölən azərbaycanlı Kürdəmirdə torpağa tapşırıldı – FOTO

Kiyevdə dron hücumu zamanı ölən azərbaycanlı Kürdəmirdə torpağa tapşırıldı – FOTO

“Şirvangöl” şadlıq sarayında saxta araq aşkarlandı – FOTO

“Şirvangöl” şadlıq sarayında saxta araq aşkarlandı – FOTO

70 “ç” ilə işdən çıxarılan direktor narazıdır - Açıqlama

70 “ç” ilə işdən çıxarılan direktor narazıdır - Açıqlama

Süni intellekt ən faydalı balığı açıqladı

Süni intellekt ən faydalı balığı açıqladı

Azərbaycan - Litva oyununun hakimləri açıqlandı

Azərbaycan - Litva oyununun hakimləri açıqlandı

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? – Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? – Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi

Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi

Məşhur YAP-çılar İdarə Heyətindən çıxarılır

Məşhur YAP-çılar İdarə Heyətindən çıxarılır

Qaxda əməliyyat: Narkotacirlərin telefon danışıqları yayıldı – VİDEO

Qaxda əməliyyat: Narkotacirlərin telefon danışıqları yayıldı – VİDEO

Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz

Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz

End of content

No more pages to load

RADİO