BİZİM TƏQVİM:23 iyulda baş vermiş tarixi hadisələr

23 iyul 1993-cü ildə Ermənistanın silahlı qüvvələri Ağdam şəhərini, rayonun Xıdırlı, Sarıcalı, Qiyaslı və Muradbəyli kəndlərini işğal ediblər. İndi Ağdam sakinləri Azərbaycanın 52 rayonunda məskunlaşıb. 

Qeyd edək ki, Ağdam rayonunun sahəsi 1094 kvadrat kilometrdir. Əhalisi 132 min nəfər idi. Bir şəhəri, 119 qəsəbə və kəndi var.  Ağır, yüngül və emal sənayesi, eyni zamanda kəndə təsərrüfatı rayonu olan Ağdamda 54 məktəbəqədər uşaq tərbiyyə müəssisəsi, 116 ümumtəhsil məktəbi, texniki peşə, musiqi, tibb məktəbləri, kənd təsərrüfatı texnikumu, bir neçə institutun filialı, diyarşünaslıq və çörək muzeyləri, 100-dən çox kitabxana, 13 mədəniyyət evi, 109 klubu var idi. Ağdamın 100-dən çox tarixi abidəsi, təəssüf ki, hələ də düşmən tapdağı altındadır. Ağdam şəhəri və rayonun işğal altındakı kəndləri 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq, 2020-ci il noyabrın 20-də azad edildi.

Bəs, iyulun 23-də dünyada daha hansı hadisələr baş verib?

1. 1903-cü ilin bu günündə “Ford” şirkəti istehsal etdiyi ilk maşını satışa çıxarıb.

2. Birinci Dünya Müharibəsindən sonra Anadolunun işğalına qarşı ilk təşkilatlı yığıncaq olan Ərzurum Konqresi 1919-cu ilin 23 iyulunda təşkil olundu. Amasiya Təmimnaməsinə əsasən, toplanan konqresə əksəriyyəti işğal altındakı rayonlardan 62 nümayəndə iştirak edirdi.  Ərzurum Konqresinin sədri 19 mayda Samsuna yol alması ilə milli mübarizəyə başlayan Mustafa Kamal Paşa idi.

3. 23 iyul 1952-ci ildə Misirdə hərbi çevriliş baş verdi. Bundan sonra Misir respublika elan edildi. 1954-cü ilin yazında isə hərbi çevrilişin rəhbəri, 36 yaşlı polkovnik Camal Əbdül Nasir Misir respublikasının ilk prezidenti oldu. 

4. Yuqoslaviyada vətəndaş müharibəsi zamanı serblər və xorvatların hücumlarına məruz qalaraq dağılan Mostar körpüsü 2004-cü ilin 23 iyulunda yenidən açıldı. Əsrlər boyu Bosniyada xoş niyyət və mədəni müxtəlifliyin simvolu olan Mostar körpüsünün açılışını, aralarında Türkiyənin də olduğu, bir çox dövlət nümayəndəsinin iştirak etdiyi mərasimlə İngiltərə vəliəhdi şahzadə Çarlz etdi.

5. 2005-ci il 23 iyulda Əl-Qaidə terror təşkilatı tərəfindən Misirin Şarm əl-Şeyx şəhərinin 3 ayrı-ayrı yerinə bombalı hücum oldu. Hadisə zamanı 20-si xarici olmaqla 68 nəfər həyatını itirdi.

23 iyulda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Tanınmış İtaliya rejissoru və ssenari müəllifi Damiano Damiani 1922-ci ilin bu günü dünyaya gəlib. Siciliya mafiyasının ifşası Damiani yaradıcılığının əsas mövzusu olub. Kinosevərlər onu daha çox “Sprut” teleserialının müəllifi kimi tanıyır (1922-1999).

2. 23 iyul 1883-cü ildə ədəbiyyatşünas və publisist Abdulla Sur ( 1883 – 8.5.1912) anadan olub.

3. 23 iyul 1916-cı ildə Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı Maral Rəhmanzadə (1916 – 16.3.2008) Bakıda anadan olub. Əsərləri Moskvada Tretyakov qalereyasında, digər xarici muzeylərdə saxlanılır.

4. 23 iyul 1927-ci ildə  Əməkdar rəssam Hafiz Zeynalov (1927 – 2.5.1996) Bakıda anadan olub. Tarixi mövzulu kompozisiyalar, tanınmış şairlərin portret-obrazları, məişət janrlı tablolar və natürmortların müəllifidir.

5. 23 iyul 2011-ci ildə tanınmış xanəndə, Əməkdar artist Sabir Mirzəyev (1942-2011) vəfat edib. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Muğam və xalq mahnılarının mahir ifaçısı olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Verdiyi sözü tutmayan 5 BÜRC

Verdiyi sözü tutmayan 5 BÜRC

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Həkimlərin sertifikasiyası ilə bağlı YENİLİK - RƏSMİ

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

Qəbələdə tarixi sarayın qalıqları tapıldı – FOTO

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Kafedə dava: Yevlax sakini döyülərək xəstəxanalıq oldu

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Nadir Qafarzadə xanımı və nəvələri ilə - FOTO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

Ətin qiymətində dəyişiklik var? - VİDEO

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

İran Ukraynadan təzminat tələb etdi – Vurulan gəmiyə görə...

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Sabah Bakıda işıqların kəsiləcəyi ÜNVANLAR

Hacan Hacısoy VƏFAT ETDİ

Hacan Hacısoy VƏFAT ETDİ

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Husilər Səudiyyə Ərəbistanının neft tankerini ballistik raketlərlə VURDU

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Ermənistanda 19 yaşlı əsgər tanınmaz hala salınana qədər DÖYÜLDÜ - FOTO

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Norveçdə sulfat turşusu daşıyan tankerdə partlayış oldu

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Tramp-Zelenski görüşünün təfərrüatları AÇIQLANDI

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Ağdamın minalanmış ərazilərində yanğın davam edir - VİDEO

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Avqustda 5 BÜRC üçün çətinliklər geridə qalacaq

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzərdə vurulan mülki gəmiyə görə Ukrayna İranla dialoqa KEÇDİ

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Xəzər dənizi İran, Rusiya və Ukrayna arasında yeni qarşıdurma zonasına çevrilib - CNN

Sabahın ÇİMƏRLİK HAVASI

Sabahın ÇİMƏRLİK HAVASI

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

Ağdamda daha iki kənddə yanğın başladı – VİDEO

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

“Medianı siyasi qarşıdurma alətinə çevirmək İrana fayda gətirməyəcək”

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Məhkəməyə çıxan ən qəribə BOŞANMA SƏBƏBLƏRİ

Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI

Azərbaycanda Çin təbabəti tədris olunacaq - Nazir AÇIQLADI

Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi QALMAQALINDA – VİDEO

Şərurlu İsfəndiyarın şirkəti Sumqayıtda kütləvi ağac kəsimi QALMAQALINDA – VİDEO

End of content

No more pages to load

RADİO